Elanlar

  • Yaradılıb 27.04.2017 11:30
  • Yenilənib 27.04.2017 11:30
  • Nəşr edilib 11.04.2017 11:30

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şabran rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır


İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şabran rayonunun Gəndov kəndində işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- iri taxılçılıq, intensiv bağçılıq, cins heyvandarlıq, arıçılıq (o cümlədən sənaye üsulu ilə bal istehsalı), istixana və soya əkini təsərrüfatlarının, çörək istehsalı müəssisəsinin və 3 ulduz otelin yaradılması.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: info@anfes.gov.az

← Geriyə