Elanlar

  • Yaradılıb 27.04.2017 11:22
  • Yenilənib 27.04.2017 11:22
  • Nəşr edilib 21.02.2017 11:22

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şəmkir rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır

 

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu fevralın 16-da Şəmkir rayonunda işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- aqroparkın, kartof və soğan saxlama anbarının yaradılması;
- quru meyvə istehsalı və dəyirman kompleksinin yaradılması;
- istixana, üzümçülük və kartofçuluq təsərrüfatlarının yaradılması.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: info@anfes.gov.az

← Geriyə