Əməkdaşlıq təklifləri

  • Yaradılıb 05.08.2015 10:10
  • Yenilənib 05.08.2015 10:10
  • Nəşr edilib 05.08.2015 10:10

Sahibkarların nəzərinə!


Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresi tərəfindən "Ticarətin təşviqi səlahiyyəti"nin və "Ümumiləşdirilmiş imtiyazlar sistemi"nin (Generalized System of Preferences (GSP) müddəti uzadılmışdır.
"GSP" üzrə qəbul edilmiş yeni akt benefisiar ölkələr üçün proqramdan istifadə hüququnun 31 dekabr 2017-ci il tarixədək uzadılmasını nəzərdə tutur. "GSP" üzrə qəbul edilmiş yeni qərar 29 iyul 2015-ci il tarixində qüvvəyə minəcək və əvvəlki müvafiq qərarın qüvvədə olma müddətinin bitmə tarixindən (31 iyul 2013-cü il) qeyd olunan tarixədək olan dövrə də şamil ediləcəkdir. Belə ki, ixracatçılar 31.07.2013-29.07.2015-ci il tarixlərində "GSP" proqramı çərçivəsində güzəştlər nəzərdə tutulan məhsullar üzrə ABŞ-a ixrac zamanı ödədikləri gömrük rüsumlarını geri əldə edə biləcəklər.
Bildiririk ki, ABŞ-ın təqdim etdiyi "GSP" proqramından istifadə etməklə ixracatçılarımız 5 minə yaxın mal mövqeyi üzrə Azərbaycan mənşəli məhsulları həmin ölkə bazarına rüsumsuz və ya aşağı dərəcəli rüsumlarla ixrac imkanı əldə etmişdir. Proqrama dair ətraflı məlumatı www.ustr.gov/issue-areas/trade-development/preference-programs/generalized-system-preference-gsp internet səhifəsindən əldə etmək mümkündür.

← Geriyə