2010

  • Yaradılıb 24.09.2012 07:36
  • Yenilənib 15.10.2012 06:52
  • Nəşr edilib 24.09.2012 07:36

Sosial-iqtisadi inkişaf haqqında

 

2010-cu ildə ÜDM-nin real artım tempi 5% təşkil etmiş və cari qiymətlərlə 41,6 mlrd. manat olmuşdur. Adambaşına düşən ÜDM-nin həcmi real ifadədə 3,7% artaraq 4653,3 manat (5797,8 ABŞ dolları) təşkil etmişdir.

Qrafik 1

2010-cu ildə qeyri-neft sahələrinin inkişaf dinamikası ümumilikdə bu sahənin real ifadədə 7,9% artması ilə nəticələnmişdir. Belə ki, ötən il rabitə sahəsi 29,7%, nəqliyyat sahəsi 4,3%, tikinti sahəsi isə 20,3% artmışdır. Eyni zamanda dövr ərzində qeyri-neft sənayesi üzrə 6,2% artım qeydə alınmışdır.

Qeyri-neft sektorunun mühüm sahəsi olan kənd təsərrüfatında ümumi məhsul istehsalı 2,2%, o cümlədən, bitkiçilik məhsulları istehsalı 8,9% azalmış, heyvandarlıq məhsulları istehsalı isə 6,1% artmışdır.

Ötən il ölkədə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 9715,2 mln. manat və ya ötən il müqayisəli qiymətlərlə 21,2% çox əsas kapitala investisiya yönəldilmişdir. Əsas kapitala qoyulmuş vəsaitin 75,2%-ni daxili investisiyalar, 24,8%-ni isə xarici investisiyalar təşkil etmişdir. 2010-cu ildə əsas kapitala yönəldilmiş ümumi investisiyaların 6767,6 mln. manatı (69,7%-i) qeyri-neft bölməsinin, 2947,6 milyon manatı (30,3%-i) isə neft bölməsinin inkişafında istifadə edilmişdir.

2010-cu ilin 1 dekabr tarixinə iqtisadiyyata banklar tərəfindən kredit qoyuluşlarının həcmi keçən ilin 1 dekabr tarixinə nəzərən 12,8% artaraq 8900,2 mln. manat təşkil etmişdir.

 


Qrafik 2

Otən ilin 1 dekabr tarixinə əhalinin banklardakı əmanətləri 2009-cu ilin eyni dövrünə nəzərən 27,4% artaraq 2868,4 mln. manat təşkil etmişdir.

 

Qrafik 3

Qrafik 4

2010-cu il ərzində əhaliyə 18404 mln. manatlıq və ya 2009-cu illə müqayisədə 9,4% çox geniş çeşidli istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Hesabat dövründə 2009-cu illə müqayisədə əmtəə dövriyyəsi 9%, pullu xidmətlərin həcmi isə 10,8% artmışdır. Dövr ərzində ölkə sakinləri ticarət şəbəkəsindən 8796,1 mln. manatlıq ərzaq məhsulları və 4883,4 mln. manatlıq qeyri-ərzaq malları almış və bu göstəricilərin real həcmi 2009- cu ilin eyni dövrünə nəzərən müvafiq olaraq 7,5% və 13,8% artmışdır.

Ötən ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqları ötən ilin eyni dövrü ilə müqayisədə 9,1% artaraq 325 manat təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən gəlirləri isə 11,9% artaraq 2866 manata çatmışdır.

Hesabat dövründə xarici ticarət dövriyyəsi 27,1 mlrd. ABŞ dolları, o cümlədən, ixrac 21,8 mlrd. ABŞ dolları, idxal isə 6,4 mlrd. ABŞ dolları olmaqla 14,4 mlrd. ABŞ dolları həcmində müsbət ticarət saldosu yaranmışdır.

Dövlət Statistika Kömitəsinin məlumatlarına əsasən 2010-cu il üzrə orta illik inflyasiya 5.7% təşkil etmişdir.

Bu dövrdə manatın 1 ABŞ dollarına qarşı orta illik məzənnəsi 0.8026 AZN təşkil etmişdir.

 

← Geriyə