2011

  • Yaradılıb 24.09.2012 06:23
  • Yenilənib 15.10.2012 06:24
  • Nəşr edilib 24.09.2012 06:23

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair arayış

 

2011-ci ildə ÜDM-nin real artım tempi 0.1% təşkil etmiş və cari qiymətlərlə 50.1 milyard manat (63.4 milyard ABŞ dolları) olmuşdur. Adambaşına düşən ÜDM-in həcmi 5530.6 manat (7003.4 ABŞ dolları) təşkil etmişdir.

Qrafik 1

Neft-qaz sektoru üzrə 2011-ci ildə ötən ilə nisbətən 9.3% azalma qeydə alınmışdır. Bu sektorun ÜDM-də xüsusi çəkisi 51.7% (2010-cu il: 49.7%) təşkil etmişdir.

 

2011-ci ildə qeyri-neft sahələrinin inkişaf dinamikası ümumilikdə bu sahənin real ifadədə 9.4% (2010-cu il: 7.9%) artması ilə nəticələnmişdir. Belə ki, ötən ilə nisbətən rabitə sahəsi 11.8% (2010-cu il: 29.7%), tikinti sahəsi 20% (2010-cu il: 20.3%) kənd təsərrüfatı 5.8% (2010-cu il: 2.2% azalma), ticarət sahəsi isə 10.2% (2010-cu il: 8.8%) artmışdır.

2011-ci il ərzində ölkədə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 12776.4 mln. manat və ya ötən ildə olduğundan 27.3% çox əsas kapitala investisiya yönəldilmişdir. Əsas kapitala qoyulmuş vəsaitin 80.3%-ni daxili investisiyalar, 19.7%-ni isə xarici investisiyalar təşkil etmişdir. 2011-ci il ərzində əsas kapitala yönəldilmiş ümumi investisiyaların 9811.5 milyon manatı (76.8%-i) qeyri-neft bölməsinin, 2964.9 milyon manatı (23.2%-i) isə neft bölməsinin inkişafında istifadə edilmişdir.

 

2011-ci ilin 1 dekabr tarixinə iqtisadiyyata banklar tərəfindən kredit qoyuluşlarının həcmi keçən ilin 1 dekabr tarixinə nisbətən 7.9% artaraq 9601.3 mln. manat təşkil etmişdir (2010-cu ilin 1 dekabr tarixinə artım 12.8% olmuşdur).

Qrafik 2


2011-ci ilin 1 dekabr tarixinə əhalinin banklardakı əmanətləri keçən ilin eyni dövrünə nəzərən 33.5% artaraq 3.8 mlrd. manat təşkil etmişdir (2010-cu ilin dekabr ayının 1-nə əmanətlərin artımı 27.4% olmuşdur).

Qrafik 3

2011-ci ildə əhaliyə 21778.2 mln. manatlıq və ya 2010-cu illə müqayisədə 9.9% çox geniş çeşidli istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. 2010-cu illə müqayisədə əmtəə dövriyyəsi 10.6%, pullu xidmətlərin həcmi isə 7.8% artmışdır. Dövr ərzində ölkə sakinləri ticarət şəbəkəsindən 10021.7 mln. manatlıq ərzaq məhsulları və 6424.1 mln. manatlıq qeyri-ərzaq malları almış və bu göstəricilərin real həcmi ötən ilin eyni dövrünə nəzərən müvafiq olaraq 3.2% və 28.2% artmışdır.

2011-ci ilin 1 dekabr tarixinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqları ötən ilin eyni dövrü ilə müqayisədə 8.3% artaraq 356.6 manat təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən gəlirləri isə 18.1% artaraq 3383.8 manata çatmışdır.

DSK-nın məlumatlarına əsasən 2011-ci ilin dekabr ayında əvvəlki aya nəzərən ərzaq məhsulları üzrə 1.5%, qeyri-ərzaq malları üzrə 0.1%, xidmətlər üzrə isə 0.6% bahalaşma qeydə alınmışdır. Nəticədə 2011-ci ilin dekabr ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri 2011-ci ilin noyabr ayına nisbətən 0.9% bahalaşmışdır.

Qrafik 4


2011-ci ildə manatın 1 ABŞ dollarına qarşı orta məzənnəsi 0.7897 AZN təşkil etmişdir.
 

← Geriyə