2015

  • Yaradılıb 27.04.2015 06:12
  • Yenilənib 02.03.2016 13:28
  • Nəşr edilib 27.04.2015 06:12

Sosial sahələrin inkişafı

 

2016-cı il fevralın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 4917.9 min nəfər olmuş, onlardan 4673.8 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil etmişdir.
2016-cı il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1495.8 min nəfər olmuş, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 877.4 min nəfər, 618.4 min nəfər isə qeyri-dövlət sektorunda çalışmışdır. İqtisadiyyatın neft sektorunda 34.4 min nəfər, qeyri-neft sektorunda 1461.4 min nəfər çalışmışdır.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 21.3 faizi məhsul istehsalı sahələrində, o cümlədən 6.3 faizi emal sənayesində, 6.2 faizi tikintidə, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2.3 faizi mədənçıxarma sənayesində, 1.8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1.7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində məşğul olmuşdur.
2016-cı il fevral ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29.8 min nəfər olmuş, onların 38.3 faizini qadınlar təşkil etmişdir. İşsizliyə görə müavinətin orta məbləği 281.0 manat olmuşdur.
2015-ci ildə ölkədə 115.9 min yeni, o cümlədən 91.1 min daimi iş yerləri açılmışdır. Bu dövrdə yaradılmış iş yerlərinin 75.5 faizi qeyri-dövlət sektorunda olmuşdur.
2015-ci ilin yanvar-dekabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2014-cü ilin müvafiq dövrünə nisbətən 5,0 faiz artaraq 466.4 manat təşkil etmişdir.
2016-cı il yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9705.6 min nəfərə çataraq, 2015-ci il ərzində 112.6 min nəfər və ya 1.2 faiz artmışdır. Əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olmuşdur.
Ölkə əhalisinin 53.1 faizi şəhər, 46.9 faizi kənd sakinlərinin, 49.8 faizi kişilərin, 50.2 faizi isə qadınların payına düşür. Hər 1000 kişiyə 1007 qadın düşür. Doğulan körpələrin 53.2 faizi oğlan, 46.8 faizi isə qız uşaqlarından ibarət olmuşdur.
Ötən il ölkədə 54.7 min ölüm halı qeydə alınmışdır və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5.9-dan 5.7-yə qədər azalmışdır.
İlkin məlumatlara əsasən, 2016-cı ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1295.9 min nəfər olmaqla ölkə əhalisinin 13.5 faizini təşkil etmişdir. Təyin olunmuş aylıq pensiyaların orta aylıq məbləği 176.0 manata çataraq orta aylıq əmək haqqının 37.9 faizini təşkil etmişdir.
Cari ilin əvvəlinə 350.9 min nəfər sosial müavinət, 54.0 min nəfər Azərbaycan Respublikası Prezidentinin təqaüdünü və 105.0 min 458.9 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı almışdır. 2015-ci il ərzində birdəfəlik müavinət alanların sayı 112.0 min nəfər olmuşdur.
2015-ci il ərzində 4-ü Bakı şəhərində, 55-i isə regionlarda olmaqla 59 səhiyyə müəssisəsində təmir-tikinti işləri aparılmışdır.
Azərbaycanda bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən 41 dövlət və 13 qeyri-dövlət ali təhsil müəssisəsində təhsil alanların sayı 161234 nəfər olmuşdur ki, onların da 48.8 faizini qadınlar təşkil edir. Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə birgə 60 xarici ölkənin 3932 nəfər vətəndaşı da təhsil alır. 2016-cı ilin əvvəlinə ölkədə müxtəlif elmi-texniki xidmətlərin həyata keçirən 145 elmi təşkilat və müəssisə fəaliyyət göstərmişdir.
İlkin məlumatlara əsasən bu gün Azərbaycanda 33 milyon kitabxana fondu olan 3291 kütləvi kitabxana, 2729 klub müəssisəsi, 233 muzey, 28 peşəkar teatr və 347 mədəniyyət və istirahət parkı əhaliyə xidmət göstərir.
2015-ci ildə muzeylərə gələnlərin sayı 2.5 milyon nəfər, teatrlara gələnlərin sayı isə 0.7 milyon nəfər olmuşdur.
Hazırda Azərbaycanda dövlət əhəmiyyətli tarix, mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruqlarının sayı 28-ə çatmışdır.
2015-ci il Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. 2015-ci ilin 12-28 iyun tarixlərində ilk Avropa Oyunları 18 idman obyektində keçirilmişdir. 2016-cı ilin əvvəlinə ölkədə idman qurğularının sayı 10.8 minə çatmışdır.

 

← Geriyə