Sahibkarlığa dəstək

  • Yaradılıb 20.04.2015 11:47
  • Yenilənib 14.03.2018 16:22
  • Nəşr edilib 20.04.2015 11:47

Sahibkarlıq subyektləri üçün elektron xidmətlərin təşkili

 

İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması və informasiya sistemləri arasında məlumat mübadiləsinin avtomatlaşdırılması istiqamətində işlər davam etdirilir. Hazırda Nazirlik tərəfindən 14-ü interaktiv, 5-i informativ olmaqla ümumilikdə 19 elektron xidmət göstərilir. Sahibkarlar həmin xidmətlərdən istifadə edərək zəruri iqtisadi və hüquqi informasiya əldə edə və sahibkarlıq fəaliyyəti ilə bağlı hüquq müəyyən edən bəzi sənədləri (mənşə sertifikatı, keyfiyyət sertifikatı, təsdiqedici kod, kommersiya-hüquqi şəxslərə və publik hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin qeydə alınmasına dair bildiriş) almaq üçün müraciət edə bilərlər. Nazirlik tərəfindən göstərilən elektron xidmətlərə "www.economy.gov.az" və Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların internet səhifələrində yaradılmış elektron xidmət bölmələri, həmçinin müvafiq xidmətin adını əks etdirən bölmə vasitəsilə müraciət etmək mümkündür.

Elektron xidmətlər bölməsinə müraciət edən şəxslər müvafiq ərizə formalarını sistemdən yükləyə və tələb olunan sənədlərin skan edilmiş surətlərini daxil edə bilərlər. Bu zaman müraciət edən şəxsə təsdiq bildirişi göndərilir. Nazirliyə daxil olan elektron müraciətlərə qanunvericilikdə müəyyən edilmiş qaydada və müddətdə baxılır, tələb olunduğu halda müvafiq dövlət rüsumu və xidmət haqlarının elektron qaydada ödənişi imkanı təmin edilir.

2017-ci ildə İqtisadiyyat Nazirliyinin elektron xidmətlərindən 32417 istifadə qeydə alınmışdır.

← Geriyə