Xəbərlər

  • Yaradılıb 04.07.2018 18:11
  • Yenilənib 04.07.2018 18:12
  • Nəşr edilib 04.07.2018 18:00

Stolüstü Tennis Federasiyası jurnalistlər üçün turnir keçirəcək

 

Stolüstü Tennis Federasiyası tərəfindən mətbuat nümayəndələri arasında 22 İyul Milli Mətbuat Gününə həsr olunmuş stolüstü tennis turniri təşkil ediləcək. Turnir 14 iyul 2018-ci il tarixində, saat 10:00-da “Şüa” idman sağlamlıq kompleksində start götürəcək. Yarışın qaliblərinə Federasiyanın diplom və mükafatları təqdim olunacaq.

Turnirdə iştirak etmək istəyən media nümayəndələri 10 iyul 2018-ci il tarixinədək 012 408 74 54 telefonuna zəng etməklə və ya office@astf.az e-mail ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

← Geriyə