Xəbərlər

  • Yaradılıb 06.07.2018 10:54
  • Yenilənib 06.07.2018 10:54
  • Nəşr edilib 06.07.2018 10:50

Stolüstü tennis üzrə birgə təlim-məşq keçirilir

Azərbaycan , İran və Türkiyə stolüstü tennis federasiyaları arasında bağlanmış əməkdaşlıq barədə Anlaşma Memorandumuna əsasən, İranın stolüstü tennis üzrə yığma komandası 6 -12 iyul 2018-ci il tarixində Bakıda təşkil olunan birgə təlim-məşqdə iştirak edəcək.

Təlim-məşqlər stolüstü tennis üzrə Azərbaycan yığma komandasının 15-24 iyul tarixində Ruminiyada keçiriləcək gənclərin Avropa çempionatına hazırlıq məqsədini daşıyır.

← Geriyə