Xəbərlər

  • Yaradılıb 09.04.2018 17:21
  • Yenilənib 09.04.2018 17:56
  • Nəşr edilib 09.04.2018 17:20

Stolüstü tennisçilərimiz Türk Şurası Üniversitet İdman Oyunlarının qalibidir

 

Bakıda “Şüa” İdman Sağlamlıq Mərkəzində keçirilən stolüstü tennis üzrə “Türk  Şurası Üniversitet İdman Oyunları”nda komanda yarışları başa çatıb. Qadınlardan ibarət stolüstü tennis üzrə komandamız l yer, Türkiyə komandası II yer, Qırğızıstan komandası isə III yeri tutub.

Kişilərin komanda yarışlarında isə Türkiyə yığması I yer, Azərbaycan II yer, Qırğızıstan komandası isə III yerə layiq görülüb.

Bu gün həmçinin, “Türk Şurası Üniversitet İdman Oyunları” çərçivəsində stolüstü tennis üzrə şəxsi oyunlar da başa çatıb.

Qadınların və kişilərin şəxsi oyunlarında I və II yerlərin sahibləri Azərbaycan stolüstü tennisçiləri olublar. Qadınların şəxsi oyunlarında birinci və ikinci yerləri müvafiq olaraq tennisçilərimiz Ning Jing və Chen Xingtai, III yeri Türkiyə təmsilçisi Özdemir İpek və IV yeri stolüstü tennisçisimiz İmanova Məryəm tutub.

Kişilərin şəxsi oyunlarında I və II yerlərin sahibləri stolüstü tennisçilərimiz Yang Xinyu və Yu Xinhang, III və IV yerlərin sahibləri isə Türkiyə təmsilçiləri Ulucak Batuhan və Gündüz Ziver olub.

← Geriyə