Xəbərlər

  • Yaradılıb 27.03.2018 14:16
  • Yenilənib 27.03.2018 14:16
  • Nəşr edilib 27.03.2018 14:15

Stolüstü tennisçimiz 2018 Gənclərin Olimpiya Oyunlarına növbəti  lisenziyanı qazanıb

 

Martın 24-25-də Tunisdə keçirilmiş turnirdə stolüstü tennisçimiz Argentinanın paytaxtı Buenos-Ayresdə bu il keçiriləcək Gənclərin Olimpiya oyunlarına lisenziya qazanıb.

Təsnifat turnirinin birinci mərhələsində 25 idmançı iştirak edib. Azərbaycan stolüstü tennisçisi bütün görüşlərdə qalib gələrək ölkəmizə növbəti lisenziyanı təmin edib.

Qeyd edək ki, 2018 Gənclərin Olimpiya Oyunlarında hər ölkəyə iki yer ayrılıb və stolüstü tennisçilərimiz bu idman növü üzrə hər iki lisenziyanı qazanıblar.

← Geriyə