Xəbərlər

  • Yaradılıb 07.07.2018 15:25
  • Yenilənib 07.07.2018 15:36
  • Nəşr edilib 06.07.2018 15:25

Strateji Yol Xəritələri üzrə müzakirələr aparılıb

 

Uyğun qiymətə mənzil təminatının və kommunal xidmətlərin inkişafına dair strateji yol xəritələri üzrə İqtisadiyyat Nazirliyinin əsas icraçısı olduğu tədbirlərin icra vəziyyəti nazir müavini Sevinc Həsənovanın və müvafiq işçi qrupların rəhbərlərinin iştirakı ilə müzakirə edilib. İclasda kommunal xidmətlərin inkişafı ilə bağlı strateji yol xəritəsi çərçivəsində su və kanalizasiya xidmətlərindən istifadə edən xüsusi istehlakçı qrupları üzrə sosial proqramların, uyğun qiymətə mənzil təminatının inkişafı ilə bağlı mənzil tikintisi proqnozunun və dövlət proqramının layihəsinin hazırlanması və uyğun qiymətə mənzil təminatının həyata keçirilməsi işlərinə özəl tikinti şirkətlərinin cəlb olunması istiqamətində işçi qrupların rəhbərlərinin məruzələri dinlənilib.

Strateji yol xəritələrində İqtisadiyyat Nazirliyinin əsas icraçısı olduğu tədbirlərin tam və vaxtında yerinə yetirilməsi istiqamətində müzakirələr aparlıb və müvafiq tapşırıqlar verilib.

← Geriyə