Xəbərlər

  • Yaradılıb 08.02.2018 10:32
  • Yenilənib 08.02.2018 14:30
  • Nəşr edilib 08.02.2018 10:30

Strateji Yol Xəritəsi üzrə müzakirələr davam etdirilir

 

İqtisadiyyat Nazirliyində “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair” Strateji Yol Xəritəsi üzrə nəzərdə tutulmuş tədbirlərin icrası üzrə Nazirlikdə yaradılmış İşçi Qrupun növbəti iclası keçirilib.

Təhsil, Maliyyə, Vergilər və Ədliyyə nazirliklərinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Əmlak Məsələləri Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələrinin iştirak etdiyi iclasda İqtisadiyyat Nazirliyinin əlaqələndiricisi olduğu “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair” Strateji Yol Xəritəsi üzrə tədbirlərin icrası üzrə görülmüş işlər müzakirə edilmiş, nəzərdə tutulan işlərə dair fikir mübadiləsi aparılmışdır.

Strateji yol xəritələrində İqtisadiyyat Nazirliyinin icraçı olduğu tapşırıqların icra vəziyyətinin Nazirlik üzrə aidiyyəti əlaqələndirici struktur bölmələrin və icraçıların iştirakı ilə müzakirəsinin aparılması tədbirləri davam etdirilir.

← Geriyə