Xəbərlər

  • Yaradılıb 29.06.2018 16:26
  • Yenilənib 29.06.2018 16:26
  • Nəşr edilib 28.06.2018 17:00

                    Strateji Yol Xəritəsi üzrə tədbirlər davam etdirilir

 

İyunun 28-də "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planının icra vəziyyəti ilə bağlı görüş keçirilib.

Şabranda yerləşən “Qalalatı” sanatoriyasında keçirilən tədbirdə İqtisadiyyat və Səhiyyə nazirliklərinin, Dövlət Turizm Agentliyinin, Azərbaycan Turizm Assosiasiyasının, Azərbaycan Dövlət Neft Şirkətinin, AZPROMO-nun, Sahibkarlığa Kömək Milli Fondunun və digər aidiyyəti qurumların nümayəndələri iştirak edib. 

Tədbirdə sağlamlıq turizminin inkişafı, o cümlədən Naftalan, Qalaaltı və Duzdağda fəaliyyət göstərən müalicə-sağlamlıq müəssisələrində və turistlər üçün cəlbedici olan digər müəssisələrdə bərpa və yenidənqurma işləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə aidiyyəti qurumların təklifləri əsasında 2018-2020-ci illər üzrə görüləcək işləri əhatə edən tədbirlər planının hazırlanması və Azərbaycan Respublikasının Turizm Şurasının növbəti iclasının gündəliyinə daxil edilməsi qərara alınıb.

← Geriyə