Xarici mətbuatdan

  • Yaradılıb 21.05.2015 06:32
  • Yenilənib 21.05.2015 06:32
  • Nəşr edilib 21.05.2015 06:32

"The Holland Times" jurnalında Niderland-Azərbaycan biznes forumu barədə məqalə dərc edilib

 

Niderlandın nüfuzlu "The Holland Times" jurnalının may buraxılışında "Niderland-Azərbaycan biznes forumu" adlı geniş məqalə dərc olunub.
Məqalədə Niderland ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığın inkişafının Maastrixt İdarəetmə Məktəbində (MSM) keçirilmiş növbəti biznes forum zamanı öz təsdiqini tapdığı qeyd olunur. Forumda Azərbaycan iqtisadiyyatının bütün sektorlarından 50-dən çox nümayəndənin iştirak etdiyi diqqətə çatdırılır.
Yazıda Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun, Niderland senatoru, MSM-in sədri, 2005-2008-ci illərdə Avropa Şurası Parlament Assambleyasının prezidenti olmuş Rene van der Lindenin, Niderlandın iqtisadiyyat naziri Henk Kampın, Limbburq vilayəti qubernatorunun müavini, iqtisadi məsələlər üzrə regional nazir Tvans Beurskensin, AZPROMO-nun prezidenti Rüfət Məmmədovun biznes forumda çıxışlarından fikirlərə yer verilib.
Məqalədə forum çərçivəsində iştirakçıların "Bakı-2015" birinci Avropa Oyunlarına həsr olunan fotosərgi ilə tanışlığından da bəhs olunur.

 

("AzərTAc" İnformasiya Agentliyi)

 

← Geriyə