2010

  • Yaradılıb 24.09.2012 07:43
  • Yenilənib 06.12.2012 06:24
  • Nəşr edilib 24.09.2012 07:43

Ticarət və xidmət sahələri

 

2010-cu ilin yekunu üzrə ÜDM-nin tərkibində ticarət və xidmət sahəsində 2,7 mlrd. manatlıq (6,6 %) əlavə dəyər yaradılmışdır. 2009-cu illə müqayisədə əlavə dəyərin real həcmi 8,8% artmışdır. Qeyri-neft ÜDM-də (18442,7 mln. manat) ticarət və xidmət sahəsində yaradılan əlavə dəyərin xüsusi çəkisi müvafiq olaraq 14,2 %-dən 14,9 %-ə yüksəlmişdir.

Ötən il müxtəlif mülkiyyət formalı 4296 yeni müəssisə yaradılmışdır ki, onların da 27,7%-i ticarət və xidmət sektorunun payına düşür. Hesabat dövründə fərdi sahibkarların çox hissəsi (42,5%) ticarət və xidmət sahəsində fəaliyyət göstərmişdir. Bu dövr ərzində əsas kapitala yönəldilmiş bütün vəsaitin 2,4%-i ticarət və xidmət sahələrinə sərf edilmişdir ki, bu da 2009-cu ilə nisbətən 34,4% (müqayisəli qiymətlərlə) çoxdur.

Hesabat dövründə ölkənin ticarət və xidmət şəbəkələrində əhaliyə satılan malların və göstərilən xidmətlərin həcmi 2009-cu illə müqayisədə 9,4% artaraq 18404 mln. manat, o cümlədən pərakəndə əmtəə dövriyyəsi üzrə 9% artaraq 13679,5 mln manat, pullu xidmətlər üzrə 10.8 % artaraq 4724,5 mln. manat təşkil etmişdir. Artımın 74,3 %-i ticarət fəaliyyətinin, 25,7%-i əhaliyə göstərilən pullu xidmətlərin hesabına təmin edilmişdir.

2010-cu ildə pərakəndə əmtəə dövriyyəsinin ümumi həcminin 3,1%-ni iaşə müəssisələrinin dövriyyəsi təşkil etmiş, əhaliyə 417,8 mln. manatlıq (2009-cu ilə nisbətən 16,3% çox) iaşə xidmətləri göstərilmişdir. Özəl iaşə müəssisələri üzrə dövriyyənin həcmi 17,4% artaraq 407,3 mln. manat olmuşdur.

Pərakəndə əmtəə dövriyyəsinin real artımının 74,4%-i hüquqi şəxs statuslu və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların ticarət və iaşə müəssisələrinin, 25,6%-i isə yarmarka və bazarların ticarət fəaliyyəti sayəsində yaranmışdır. Ötən dövr ərzində əhaliyə satılmış ərzaq mallarının həcmi 7,5% artaraq 8796,1 mln. manat, qeyri-ərzaq mallarının həcmi 13,8% artaraq 4883,4 mln. manat olmuşdur. Ötən il əhaliyə 4724,5 mln. manatlıq və ya 2009-cu ilə nəzərən 10,8% çox pullu xidmət göstərilmişdir. Artımın 56,7%-i hüquqi şəxslərin müəssisələri hesabına olmuş və bu sektorun müəssisələri tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2009-cu ilin səviyyəsini 7,6% üstələyərək 3680,3 mln. manata çatmışdır.

Ticarət və xidmət sahəsində əldə olunmuş nailiyyətlər birbaşa əhalinin sosial rifahı, gəlirlərinin artması ilə bağlıdır. 2010-cu ilin yekununda əhalinin nominal gəlirləri 2009-cu illə müqayisədə 13,3% artaraq 25,6 mlrd. manata çatmış, ölkə əhalisinin adambaşına düşən gəlirləri 2866 manat təşkil edərək əvvəlki ilə nisbətən 11,9% artmışdır.

 

← Geriyə