Beynəlxalq donorlar

  • Yaradılıb 25.07.2013 10:15
  • Yenilənib 06.02.2018 14:30
  • Nəşr edilib 25.07.2013 10:15

TİKA

 

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) 1992-ci ildə Türkiyə Xarici İşlər Nazirliyinin nəzdində xarici yardımların göstərilməsi məqsədilə yaradılmışdır. 28 may 1999-cu il tarixindən etibarən isə Türkiyə Respublikasının Nazirlər Kabinetinə tabe edilmişdir. 5 iyun 2011-ci ildən Dr. Sərdar Çam təşkilata rəhbərlik edir.

TİKA-nın dünyanın 48 ölkəsində 50 Əməkdaşlıq Ofisi fəaliyyət göstərir. Eyni zamanda, dünyanın 100-ə yaxın ölkəsində müxtəlif inkişaf mərkəzləri ilə aidiyyəti sahələr üzrə əməkdaşlıq edilir.

Təşkilatın Bakı Proqram Koordinasiya Ofisi 1994-cü ildən etibarən fəaliyyət göstərir və Ofisə 2016-cı ilin avqust ayından etibarən AdəmUrfa rəhbərlik edir.

Layihələr birdəfəlik əsasda kiçik həcmli yardımlar formasında həyata keçirilir və kənd təsərrüfatı, turizm, institusional infrastrukturun inkişaf etdirilməsi, iqtisadi, texniki, sosial, mədəni və səhiyyə sahələri üzrə fəaliyyətlərdə Azərbaycanın dövlət və qeyri-dövlət strukturları ilə əməkdaşlıq qurulmasına xüsusi əhəmiyyət verilir.

www.tika.gov.tr

← Geriyə