2012

  • Yaradılıb 09.10.2012 12:08
  • Yenilənib 07.02.2013 07:36
  • Nəşr edilib 09.10.2012 12:08

2012-ci ildə nəqliyyat və rabitə sektorlarının inkişafı haqqında

 

Nəqliyyat sektorunda bütün nəqliyyat növlərində yük daşıma həcmləri ötən ilə nisbətən 3,5 faiz, o cümlədən dəmir yolu nəqliyyatında 3,2 faiz, hava nəqliyyatında 16,8 faiz, avtomobil nəqliyyatında 7,6 faiz, qaz boru kəməri nəqliyyatında isə 3,1 faiz artmış, dəniz və neft boru kəməri nəqliyyatında daşımalar müvafiq olaraq 1,1 faiz və 5,0 faiz azalmışdır.
Avropa-Qafqaz-Asiya (TRASEKA) beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan hissəsində 2012-ci ilin yanvar-noyabr aylarında 51,9 milyon ton və yaxud ötən ilin müvafiq dövrünə nisbətən 5,6 faiz çox yük daşınmış, həmin dövrdə dəhlizdə dəniz nəqliyyatı ilə daşınan tranzit yüklərin həcmi 0,2 faiz azalaraq 7620,9 min ton olmuşdur.
Bakı-Tbilisi-Ceyhan neft boru kəməri vasitəsilə 58,3 milyon ton və yaxud ötən ilə nisbətən 4,5 faiz az xam neft ixrac olunmuşdur.
Dübəndi-Sumqayıt-Siyəzən-Şirvanovka boru kəməri ilə Bakı-Novorossiysk istiqamətində 2 milyon ton və yaxud ötən ilə nisbətən 0,1 faiz az xam neft ixrac edilmişdir.
Bakı-Tbilisi-Ərzurum marşrutu ilə 4013,3 milyon kub-metr və yaxud ötən ilə nisbətən 8,9 faiz az təbii qaz ixrac olunmuşdur.
Səngəçal-Supsa boru kəməri ilə qərb istiqamətində 3,9 milyon ton və yaxud ötən ilə nisbətən 2,8 faiz çox xam neft ixrac edilmişdir.
Bütün nəqliyyat növləri ilə 16173,7 milyon və yaxud ötən ilə nisbətən 8,4 faiz çox sərnişin daşınmışdır.
Nəqliyyat xidmətlərinin həcmi ötən ilin səviyyəsini 5,2 faiz üstələyərək 4061,8 milyon manat təşkil etmişdir.
İnformasiya və rabitə xidmətlərinin həcmi 15,9 faiz artaraq 1424,1 milyon manat olub.

 

← Geriyə