2014

  • Yaradılıb 23.04.2014 05:00
  • Yenilənib 30.01.2015 06:58
  • Nəşr edilib 23.04.2014 05:00

Ticarət və xidmət sahəsi


2014-cü ilin yanvar-dekabr aylarında ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində 4645.9 milyon manatlıq əlavə dəyər yaradılmış və onun ÜDM-də xüsusi çəkisi 7.9 faiz təşkil etmişdir. 2013-cü ilin yanvar-dekabr ayları ilə müqayisədə əlavə dəyərin real həcmi 10.0 faiz artmışdır.
2014-cü ilin yanvar-dekabr ayları ərzində əsas kapitala yönəldilmiş bütün vəsaitin 4.9 faizi (871.9 milyon manat) ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinə sərf edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 67.9 faiz (müqayisəli qiymətlərlə) çoxdur. 2014-cü il dekabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı iqtisadiyyatın neft sektorunda 36.4 min nəfər, qeyri-neft sektorunda isə 1471.3 min nəfər olmuşdur, onların 18.8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində cəmlənmişdir.
2014-cü ilin yanvar-dekabr aylarında ölkənin pərakəndə ticarət şəbəkəsindən əhaliyə satılan mallar 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 10.0 faiz və ya 2345.8 milyon manat artaraq 22001.7 milyon manat təşkil etmişdir.
İstehlak mallarının 99.8 faizi özəl təsərrüfat subyektlərində, o cümlədən 11.5 faizi hüquqi şəxs statuslu özəl müəssisələrdə, 52.4 faizi fərdi sahibkarlara məxsus ticarət subyektlərində, 35.8 faizi əmtəə bazarlarında satılmışdır.


Qrafik 1.

2014-tx-1

Əmtəə dövriyyəsinin ümumi həcmində qeyri-ərzaq mallarının xüsusi çəkisi artaraq 2013-cü ilin yanvar-dekabr ayları ilə müqayisədə 46.6 faizdən 49.9 faizədək yüksəlmişdir. Pərakəndə şəbəkədə satılmış qeyri-ərzaq mallarının həcmi 16.2 faiz artaraq 10978.8 milyon manata çatmış, əmtəə dövriyyəsi üzrə real artımın 78.4 faizi qeyri-ərzaq mallarının satışı hesabına təmin edilmişdir. Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində qida məhsulları, içkilər və tütün məmulalatlarının payı 50.1 faiz təşkil edərək 11022.9 milyon manata bərabər olmuş və 2013-cü ilin yanvar-dekabr aylarının səviyyəsini 3.9 faiz üstələmişdir.
Hər bir istehlakçı fərdi istehlak məqsədi ilə pərakəndə ticarət müəssisələrində orta hesabla ayda 97.5 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 97.2 manatlıq qeyri-ərzaq malları almışdır. 2013-cü ilin eyni dövrünün müvafiq göstəricisi ilə müqayisədə istehlakçılar tərəfindən qeyri-ərzaq mallarının alınmasına 15.2 manat daha çox vəsait xərcləndiyi halda, qida məhsulları, içkilər və tütün məmulatları üçün xərclərdə artım 3.3 manata bərabər olmuşdur.
2014-cü ilin yanvar-dekabr aylarında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 50.1 faizi (11023.2 milyon manat) qida məhsulları, içkilər və tütün məmulatlarının, 18.7 faizi (4113.8 milyon manat) toxuculuq malları, geyim və ayaqqabıların, 4.7 faizi (1031.7 milyon manat) elektrik malları və mebelin, 0.6 faizi (131.9 milyon manat) kompyuterlər, telekommunikasiya avadanlıqları və digər məmulatlar, 1.4 faizi (296.9 milyon manat) əczaçılıq və tibbi malların, 7.1 faizi (1558.8 milyon manat) avtomobil yanacaqının, 17.4 faizi isə (3845.4 milyon manat) digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.


Qrafik 2.

2014-tx-2

Elektron ticarət. 2014-cü ildə elektron ticarət şədəkəsində istehlakçılara 6.4 milyon manatlıq və ya əvvəlki illə müqayisədə 2.4 dəfə çox istehlak malları satılmışdır. Elektron ticarət dövriyyəsinin 94.6 faizini təşkil edən qeyri-ərzaq mallarının satışı əvvəlki ilin səviyyəsini 2.5 dəfə üstələyərək 6.1 milyon manata bərabər olmuşdur.
Elektron ticarət üzrə istehlak mallarının satışının 91.3 faizi hüquqi şəxslərin, 8.7 faizi isə fərdi sahibkarların ticarət subyektləri tərəfindən həyata keçirilmişdir.
Cari ilin birinci yarısında elektron ticarət dövriyyəsinin 90.6 faizini təşkil edən qeyri-ərzaq mallarının satışı 2013-cü ilin eyni dövrü ilə müqayisədə 10.7 faiz artaraq 1190.8 min manata bərabər olmuşdur.
İaşə xidməti. 2014-cü ilin yanvar-dekabr ayları ərzində əhaliyə 956.0 milyon manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 18.2 faiz çox iaşə xidmətləri göstərilmişdir. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 46.1 faizi hüquqi şəxs statuslu müəssisələrin, 53.9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 15.2 faiz artaraq 433.6 milyon manat təşkil etmişdir.
2014-cü ilin yanvar-dekabr aylarında əhaliyə 7016.4 milyon manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 7.2 faiz çox pullu xidmət göstərilmişdir. Artımın 59.2 faizi hüquqi şəxslərin müəssisələrində yaranmış və bu müəssisələrdə əhaliyə göstərilən pullu xidmətlərin həcmi 5.7 faiz artaraq 5.2 milyard milyard manata çatmışdır. Hesabat dövründə hər bir ölkə sakini hər ay orta hesabla 62.1 manatlıq müxtəlif pullu xidmətlərdən istifadə edilmişdir.
Ticarət və xidmət sahəsində əldə olunmuş nailiyyətlər birbaşa əhalinin sosial rifahının və gəlirlərinin artması ilə bağlıdır. Belə ki, əhali gəlirlərinin yüksəlməsi pərakəndə əmtəə və xidmətlər üzrə dövriyyənin artmasına səbəb olan əsas amildir.

 

← Geriyə