Xəbərlər

  • Yaradılıb 28.02.2018 15:35
  • Yenilənib 28.02.2018 15:36
  • Nəşr edilib 28.02.2018 15:35

Ucarda sahibkarlar üçün treninq keçirilib

 

Fevralın 28-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Ucarda sahibkarlar üçün treninq keçirilib.

"Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə KOS subyektləri üçün araşdırma imkanlarının artırılmasına kömək məqsədilə keçirilən treninq “Made in Azerbaijan” brendinin yaradılması və inkişafı, ixracyönümlü məhsulların təşviqinin stimullaşdırılması, investisiya təşviqi sənədinin verilməsi ilə bağlı mövzuları əhatə edib.

Treninqdə iştirakçılar brendləşmənin xüsusiyyətləri, yeni ixrac bazarları, ixracatçılara tətbiq edlən güzəştlər, investisiya təşviqi sənədini alanlara təsdiqedici sənədin verilməsi qaydaları və s. barədə məlumatlandırılıb.

Tədbirdə iştirakçılara həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, Apellyasiya Şuraları və sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumat verilib.

← Geriyə