Xəbərlər

  • Yaradılıb 07.05.2018 16:14
  • Yenilənib 07.05.2018 16:14
  • Nəşr edilib 07.05.2018 16:10

Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş stolüstü tennis üzrə Azərbaycan çempionatı başa çatıb


 
Mayın 5-6-da Azərbaycan Respublikası Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə veteranlar arasında Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş Azərbaycan çempionatı keçirilib.
50-dən çox veteran idmançının iştirak etdiyi yarışlarda qadınlar arasında I yeri Xəyalə Qiyasova, II yeri Könül Mikayılova, III yeri isə Gülnarə İbrahimova qazanıb.
Kişilər arasında 40-49 yaş qrupunda I yeri Vaqif Məmmədov, II yeri Zaur Mikayılov, III yeri isə Əli Heydərli tutub.
50-59 yaş qrupunda İlham Ağayev (I yer), Teymur Hüseynov (II yer) və Əsgər Heydərli (III yer) fərqləniblər.
60 yaş və daha böyük yaş qrupunda isə  Səxavət Heydərov I, Tahir Xudiyev II, Əhməd Həyyatov III yerə layiq görülüblər.
Qaliblərə Azərbaycan Respublikası Stolüstü Tennis Federasiyasının  mükafatları təqdim edilib.

← Geriyə