Beynəlxalq donorlar

  • Yaradılıb 01.10.2012 13:15
  • Yenilənib 01.08.2018 14:21
  • Nəşr edilib 01.10.2012 13:15

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı

 

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) 1965-ci ildə BMT-nin Texniki Yardım üzrə Genişlənmə Proqramı və BMT-nin Xüsusi Fondunun birləşməsi əsasında yaradılmışdır. Baş Ofisi Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yerləşir. Rəhbəri 19 iyun 2017-ci ildən etibarən Açim Steynerdir. UNDP dünyanın 177 ölkəsində fəaliyyət göstərir.
UNDP 1992-ci ilin payızından etibarən Azərbaycan Respublikasında fəaliyyət göstərir və BMT-yə üzvlükdən sonra ölkədə fəaliyyətə başlayan ilk BMT qurumudur. Azərbaycan üzrə Rezident Nümayəndə Qulam İsakzaidir.
Hazırda UNDP-nin ölkəmizdə əsas fəaliyyəti dayanıqlı iqtisadi inkişaf və layiqli məşğulluq, insan kapitalının gücləndirilməsi, ətraf mühit üzrə idarəçilik, habelə təbii fəlakətlər və fövqəladə hallara qarşı dayanıqlılıq sahələrini əhatə edir. Qeyd olunan sahələrdə təşkilat tərəfindən hal-hazırda 14 layihə icra olunur. Ümumiyyətlə, təşkilat tərəfindən layihələr 12 iyul 2016-cı il tarixində Azərbaycan Hökuməti ilə imzalanmış və 2016-2020-ci illəri əhatə edən “BMT- Azərbaycan Tərəfdaşlıq Çərçivəsi” sənədinə (UNAPF) uyğun olaraq həyata keçirilir. UNAPF BMT-nin Davamlı İnkişaf Məqsədləri və “Azərbaycan-2020 Gələcəyə Baxış” inkişaf konsepsiyası sənədində göstərilən milli prioritet və hədəflər əsasında tərtib edilmişdir. UNAPF-nin üç istiqamət üzrə Nəticə Qrupları təsis edilmiş, hər bir işçi qrupu üzrə milli prioritetlər müəyyənləşdirilmiş, qrupların dövlət qurumları üzrə tərkibi müəyyən edilmiş və strateji prioritet istiqamətləri təsdiq edilmişdir. 

www.undp.org

 

UNDP tərəfindən Azərbaycanda həyata keçirilən layihələr:

 

 

1

Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı

Benefisiar: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

Müddəti: 2015-2018

(Aİ), (USAID), (UNDP), (Koka-Kola Fondu)

2

Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı

Benefisiar: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Müddəti: 2016-2018

(USAID), (UNDP)

 

 

3

Azərbaycan Respublikası ərazilərinin minalardan təmizlənməsi

Benefisiar: Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

Müddəti: mütəmadi

(UNDP), (Hökumət)

4

Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi

Benefisiar: Dövlət Sərhəd Xidməti

Müddəti: 2014-2018

(Aİ), (UNDP), (Hökumət)

5

Azərbaycan və Gürcüstan sərhədi arasında Qırmızı Körpü sərhəd keçid məntəqəsinin inkişafına dəstək

Benefisiar: Dövlət Gömrük Komitəsi

Müddəti: 2016-2018

(Aİ), (UNDP), (Hökumət)

6

Azərbaycan Respublikasında İKT infrastrukturunun və İKT xidmətlərinin davamlılığının və səmərəliliyinin modernləşdirilməsi

Benefisiar: Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Müddəti: 2013-2018

Layihənin dəyəri:

(Hökumət), (UNDP)

7

Azərbaycan Turizm və Menecment Universitetinin potensialının möhkəmləndirilməsi

Benefisiar: Mədəniyyət və Turizm Nazirliyi

Müddəti: 2015-2018

(Hökumət), (UNDP)

8

Qlobal əhəmiууətli аqrоbiоlоji müxtəlifliyin qorunması və davamlı istifadəsi

Benefisiar: Kənd Təsərrüfatı Nazirliyi
Müddəti: 2017-2020

(QEF), (UNDP), (Hökumət)

9

Azərbaycanın Böyük Qafqaz regionunda torpaq və meşələrin davamlı idarə olunması

Benefisiar: Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Müddəti: 2013-2018

(QEF), (UNDP)

10

Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin tərkibindəki sahilyanı ekoloji sistemlərdə idarəetmənin təkmilləşdirilməsi

Benefisiar: Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Müddəti: 2014-2018

(QEF), (UNDP)

11

Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları (MFP-lər)

Benefisiar: Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)

Müddəti: 2016-2020

(GEF), (UNDP), (SOCAR), (ETSN)

12

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Kovensiyasına (BMTİDÇK) Dördüncü Milli Məlumatın və İkiillik Hesabatın hazırlamasına texniki yardım

Benefisiar: Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Müddəti: 2017-2020

(QEF), (UNDP)

← Geriyə