Beynəlxalq donorlar

  • Yaradılıb 14.04.2015 12:10
  • Yenilənib 06.02.2018 14:19
  • Nəşr edilib 14.04.2015 12:10

UNICEF

 

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) 1946-ci ildə yaradılmışdır. Məqsədi ölkədə yaşayan uşaqların, xüsusilə qaçqın və məcburi köçkün uşaqların həyatının yaxşılaşdırılması və hüquqlarının müdafiəsidir. Baş ofisi Nyu York şəhərində yerləşir. İcraçı direktoru Antoni Leykdir. UNICEF dünyanın 190 ölkəsində fəaliyyət göstərir. Əsas fəaliyyət sahələri uşaqların müdafiəsi, əlillik, məktəbəqədər təhsil, səhiyyə və qidalandırma, gənclərin iştirakı və sağlamlığı, monitorinq və qiymətləndirmədir.

UNICEF Azərbaycanda fəaliyyətinə 1993-cü ildə başlamışdır. Azərbaycan üzrə Nümayəndə 2014-cü ilin 8 avqust tarixindən etibarən Edvard Karvardindir. Ölkəmizdə fəaliyyətə başladığı ilk illərdən UNICEF Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz torpaqlarından didərgin düşmüş yüz minlərlə qaçqın və məcburi köçkünlərə yardım etmək üçün və həmin tarixdən etibarən Azərbaycanda yaşayan uşaqların həyatını yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan hökuməti, yerli QHT-lər və icma təşkilatları ilə tərəfdaşlıq edir. 2007-ci ildən etibarən təşkilat ana və uşaqlara birdəfəlik yardım göstərmək əvəzinə uşaqların qayğı və müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində çalışır. Bundan başqa UNICEF əlilliyi olan şəxslərin hüquqları, erkən nikahlar, ana südü ilə qidalandırma və HİV/QİÇS kimi problemlərin həlli istiqamətində çalışır. Təşkilat hazırki fəaliyyətini “Gənclərin Sağlamlığı və İştirakı” Proqramının 2015-2016-cı illər üçün Dövri Fəaliyyət Planına əsasən həyata keçirir. Qeyd olunan sənəd çərçivəsində Gənclər və İdman, Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri, Ombudsman Aparatı və Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət

Komitəsi, “ASAN xidmət”, İctimai Səhiyyə İslahatları Mərkəzi ilə əməkdaşlıq həyata keçirilir. Hazırda UNİCEF tərəfindən ölkəmizdə 3 layihə həyata keçirilir.

1

2016-2017-ci illəri əhatə edən  “Azərbaycan Respublikasında Həssas Uşaqların və İcmaların Fəlakət Riskinə Davamlılığının Artıtılması”

Benefisiar: Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi

Müddəti: 2016-2017

2

2016-2017-ci illər üçün Təhsil proqramı üzrə Dövri Fəaliyyət Planı

Benefisiar: Təhsil Nazirliyi

Müddəti: 2016-2017

3

Gənclər və Yeniyetmələrin İnkişafı 2016-2017-ci illər üçün Dövri Fəaliyyət Planı

Benefisiar: Gənclər və İdman Nazirliyi

Müddəti: 2016-2017

 

← Geriyə