Beynəlxalq donorlar

  • Yaradılıb 01.10.2012 13:12
  • Yenilənib 06.02.2018 14:32
  • Nəşr edilib 01.10.2012 13:12

USAID

 

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) 3 noyabr 1961-ci ildə yaradılmışdır. Baş ofisi ABŞ-ın Vaşinqton K.D.-də yerləşir. USAID-in Administratoru vəzifəsini hal-hazırda Ueyd Uorren həyata keçirir.

USAID 5 regional büro vasitəsilə dünyanın 110-a yaxın ölkəsində fəaliyyət göstərir. Təşkilat əsasən yoxsulluğun, xəstəliklərin azaldılması, sosial-iqtisadi inkişaf, ətraf mühit, qlobal məsələlərlə bağlı əməkdaşlıq sahələrində fəaliyyət göstərir.

USAID Azərbaycan Respublikasında 1992-ci ildən fəaliyyətə başlamışdır. Həmin il Azadlığa Dəstək Aktına edilmiş 907-ci düzəliş səbəbindən əsas fəaliyyət istiqaməti humanitar yardımla məhdudlaşmışdır. Təşkilatın Azərbaycan Nümayəndəliyinin rəhbəri Mikaela Meredisdir.

USAID 7 aprel 2009-cu ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatlarının Hökuməti arasında Azərbaycan Respublikasında seçilmiş Amerika Hökuməti yardım proqramlarının birgə maliyyələşdirilməsi üzrə Anlaşma Memorandumu”na əsasən Azərbaycan Hökuməti ilə müştərək 1 layihə həyata keçirir. Həmçinin, USAID tərəfindən həyata keçirilən bir sıra layihələrin benefisiarı qismində özəl sektor çıxış edir.

1

 

Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA)

Benefisiar: İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, bələdiyyələr və özəl sektor

Müddət: 2011-2017

2

 

Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı

 

Benefisiar: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

Müddəti: 2017-2018

 

3

 

Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı

 

Benefisiar: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Müddəti: 2016-2018

 

 

← Geriyə