Xəbərlər

  • Yaradılıb 27.02.2018 17:22
  • Yenilənib 28.02.2018 09:42
  • Nəşr edilib 27.02.2018 17:20

Yeniyetmə  tennisçimiz Latviyada bürünc medal qazandı!

 


23-25 fevral 2018 –ci il tarixində  Latviyanın Riqa şəhərində “Stolüstü tennis üzrə Riga Gənclərinin Kuboku”  adlı turnir keçirilib. Yarışda 13 ölkədən 2006 və da kiçik təvəllüdlü 48 oğlan və 22 qız idmançi iştirak etmişdir.

Turnirdə idmançımız  Nurmətova Mərziyyə bürünc medal qazanmışdır. Digər qız tennisçilərimiz Dadaşova Mehriban 11-ci , Aslanova Arzu isə 12- ci yerin sahibi olmuşdur.

Oğlan tennisçilərimiz   Eylazov Hüseyn 5-ci,  Əhmədzadə Adil 6-cı,  Hacılı Rüstəm isə 13-cü yerlə kifayətlənmişdir.

← Geriyə