Cooperation with economic organizations

  • Created 01.10.2012 11:14
  • Updated 03.05.2018 13:04
  • Published 01.10.2012 11:14

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD)

 

Təşkilat haqqında ümumi məlumat. 1961-ci ildə yaradılmışdır. Baş Qərargahı Paris şəhərində yerləşir. Hal-hazırda təşkilatın Baş Katibi cənab Angel Curriadır.
Üzv ölkələr. 35 üzv dövlətdən (Avstraliya, Kanada, İsrail, Yaponiya, Koreya, Meksika, Yeni Zenlandiya, Türkiyə, ABŞ və əksər Avropa İttifaqı ölkələri) ibarətdir.
Məqsədi. Üzv dövlətlərdə maliyyə sabitliyini qorumaq şərti ilə davamlı iqtisadi artım, məşğulluq və həyat şəraitini artırmaqla dünya iqtisadiyyatının inkişafına yardım etmək.
OECD və Azərbaycan. OECD-nin hər il Parisdə keçirilən və əsas məqsədi OECD çərçivəsində Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsi, inkişafın bir çox sahələrində ölkələrlə əlaqələrin artırılmasından ibarət olan "Avrasiya həftəsi" adlı tədbirində İqtisadiyyat Nazirliyi tərəfindən mütəmadi olaraq iştirak təmin edilir. Tədbir çərçivəsində keçirilən Biznes Forum, İdarəetmə Şurasının iclaslarında Azərbaycan tərəfindən təqdimatla çıxış edilir. Avrasiya Həftəsinin əsas tərkib hissəsini Avrasiya Rəqabətqabiliyyətlilik Proqramı təşkil edir. Tədbiri çərçivəsində təqdim edilən digər ölkələrin təhlil icmallarına dair hesabatlar dəyərləndirildikdən sonra Avrasiya Rəqabətqabiliyyətlilik Proqramı çərçivəsində ölkəmiz üçün 2017-ci ildə "Azərbaycanda iqtisadi diversifikasiyanın və kiçik və orta sahibkarlığın rəqabətqabiliyyətliliyinin artırılması islahatlarının dəstəklənməsi" mövzusunda təhlil icmalının həyata keçirilməsi razılaşdırılmışdır. 21-24 noyabr 2016-cı il tarixlərində Paris şəhərində keçirilmiş Avrasiya Həftəsində iqtisadiyyat nazirinin müavini iştirak etmiş və müvafiq təhlil icmalı ilə bağlı müzakirələr aparılmışdır. Adıçəkilən təhlil icmalının həyata keçirilməsi proseslərinə başlamaq məqsədilə 26-27 aprel 2017-ci il tarixlərində OECD nümayəndə heyətinin Bakıya səfəri gözlənilir.

 

← Back