2016

  • Created 26.12.2016 13:00
  • Updated 26.12.2016 13:00
  • Published 26.12.2016 13:00

2016-cı ilin yanvar-sentyabr ayları üzrə

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı


2016-cı ilin yanvar-sentyabr aylarında ÜDM real ifadədə 3.9% azalmış və cari qiymətlərlə 43.4 milyard manat olmuşdur. Adambaşına düşən ÜDM-in həcmi 4512.5 manat (2881.0 ABŞ dolları) təşkil etmişdir.
Qrafik 1

sii-2016-1

Neft-qaz sektoru üzrə 2016-cı ilin yanvar-sentyabr aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən 0.9% artım qeydə alınmışdır. Bu sektorun ÜDM-də xüsusi çəkisi 34.3% (2015-ci ilin yanvar-sentyabr aylarında 31.4%) təşkil etmişdir.
2016-cı ilin yanvar-sentyabr aylarında qeyri-neft ÜDM-i real ifadədə 6.1% azalmışdır (2015-ci ilin yanvar-sentyabr aylarında 6.4% artmışdır). Qeyd edək ki, 2015-ci ilin müvafiq dövrünə nisbətən 2016-cı ilin yanvar-sentyabr aylarında rabitə sahəsi 5.5%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsi 1.8%, ticarət sahəsi 2.3%, kənd təsərrüfatı isə 2.4% artmış, tikinti 32.0%, nəqliyyat və anbar təsərrüfatı 1.2% azalmışdır.
2016-cı ilin yanvar-sentyabr aylarında ölkədə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 10268.7 mln. manat əsas kapitala investisiya yönəldilmişdir. Əsas kapitala qoyulmuş vəsaitin 39.1%-ni daxili investisiyalar, 60.9%-ni isə xarici investisiyalar təşkil etmişdir. 2016-cı ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş ümumi investisiyaların 3753.8 milyon manatı (36.6%-i) qeyri-neft bölməsinin, 6514.9 milyon manatı (63.4%-i) isə neft bölməsinin inkişafında istifadə edilmişdir.
2016-cı ilin 1 sentyabr tarixinə iqtisadiyyata maliyyə-kredit təşkilatlarının təqdim etdikləri kreditlərin həcmi 2015-ci ilin 1 sentyabr tarixinə nisbətən 16.2% azalaraq 16839.7 mln. manat təşkil etmişdir (2015-ci ilin sentyabr ayının 1-nə kredit qoyuluşlarının artımı 16.1% olmuşdur).

Qrafik 2

sii-2016-2

2016-cı ilin 1 sentyabr tarixinə əhalinin banklardakı əmanətləri 7931.9 milyon manat təşkil etmişdir (2015-ci ilin sentyabr ayının 1-nə əhalinin banklardakı əmanətləri 7320.3 mln. manat olmuşdur).

Qrafik 3

sii-2016-3

2016-cı ilin yanvar-sentyabr aylarında əhaliyə istehlak bazarında satılmış əmtəələrin və göstərilmiş xidmətlərin ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.9% artaraq 27317.4 mln. manata bərabər olmuşdur. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 2.3%, pullu xidmətlərin həcmi isə 0.6% artmışdır. 2016-cı ilin birinci yarımilində ərzində ölkə sakinləri ticarət şəbəkəsindən 10.5 milyard manatlıq ərzaq məhsulları və 10.6 milyard manatlıq qeyri-ərzaq malları almış və bu göstəricilərin həcmi ötən ilin eyni dövrünə nəzərən müvafiq olaraq 3.1% və 0.9% artmışdır.
2016-cı ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqları 2015-ci ilin eyni dövrü ilə müqayisədə 6.2% artaraq 488.7 manat təşkil etmişdir. 2016-cı ilin yanvar-sentyabr aylarında əhalinin hər nəfərinə düşən gəlirləri isə 7.4% artaraq 3403.6 manata çatmışdır.
2016-cı ilin yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi 11.3 mlrd. ABŞ dolları, o cümlədən, ixrac 5.8 mlrd. ABŞ dolları, idxal isə 5.5 mlrd. ABŞ dolları olmaqla 0.3 mlrd. ABŞ dolları həcmində müsbət ticarət saldosu yaranmışdır.
DSK-nın məlumatlarına əsasən 2016-cı ilin yanvar-sentyabr aylarında 2015-ci ilin müvafiq dövrünə nəzərən ərzaq məhsulları üzrə 12.7%, qeyri-ərzaq malları üzrə 15.9%, xidmətlər üzrə 5.2% bahalaşma qeydə alınmışdır. Nəticədə 2016-cı ilin yanvar-sentyabr aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 2015-ci ilin müvafiq dövrünə nisbətən 11.2% bahalaşmışdır.

Qrafik 4

sii-2016-4

2016-cı ilin yanvar-sentyabr aylarında manatın 1 ABŞ dollarına qarşı orta illik məzənnəsi 1.5663 AZN təşkil etmişdir.

 

← Back