Main page - The Republic of Azerbaijan Ministry of Economy
http://economy.gov.az/en/faq

The official site of The Republic of Azerbaijan Ministry of Economy

A country with strong economy is capable of everything!
Heydar Aliyev
A A A
AZ
Site map

Questions and answers

Rəşad Kərimov - 17.12.2017

Question: Mən 2005-ci ildə Azərbaycan Dillər Universitetinin Regionşünasliq fakultəsini bitirmişəm. Mən idi iş harda tapa bilərəm? İqtisadiyyat Nazirliyində hansi işi tapa bilərəm? Xahiş edirəm cavablandırın.

Cavab: Məlumat üçün bildiririk ki, dövlət orqanlarında, o cümlədən İqtisadiyyat Nazirliyinin strukturlarında inzibati vəzifələr dövlət qulluğu vəzifələrinə aiddir və vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müsabiqə əsasında həyata keçirilir. Adı çəkilən qanunun 28-ci maddəsinə əsasən müsabiqə test imtahanı və müsahibədən ibarətdir. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən test imtahanından keçən şəxslərə inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikat verilir. Müsabiqənin növbəti-müsahibə mərhələsi vakansiyanın aid olduğu dövlət orqanı tərəfindən təşkil edilir. Siz müvafiq təsnifatlar üzrə sertifikat əldə etdikdən sonra dövlət orqanlarında, o cümlədən İqtisadiyyat Nazirliyində elan olunacaq müsahibələrdə iştirak edə bilərsiniz. Dövlət qulluğuna qəbulla bağlı əlavə məlumat əldə etmək üçün Dövlət İmtahan Mərkəzinə müraciət etməyiniz tövsiyə olunur.

İlqar Mehdiyev - 05.12.2017

Question: Elektriklə işləyən əsas vəsaitlərin yararsız olması barədə rəy vermək üçün lisenziya alınması nəzərdə tutulubmu? Əgər lisenziya almaq vacib olarsa hansı orqannan alınmalıdır.

Cavab: “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 2 nömrəli əlavələri olan “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı” və “Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı”nda elektriklə işləyən əsas vəsaitlərin yararsız olması barədə rəyin verilməsi fəaliyyəti nəzərdə tutulmamışdır.

Səbuhi İsmayılov - 05.12.2017

Question: Əczaçılıq fəaliyyəti ilə məşqul olmaq üçün lisenziya (xüsusi icazə) verilib-verilməməsini necə öyrənə bilərəm ?

Cavab: “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1 nömrəli əlavəsi olan “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nın 3-cü maddəsinə əsasən əczaçılıq fəaliyyətinə lisenziya tələb olunur. Sahibkarlıq fəaliyyəti ilə bağlı əlavə suallarınız olduğu təqdirdə İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə (195-2) müraciət edə bilərsiniz.

Mərhəmət Seyidəliyev - 18.11.2017

Question: Salam süni qiymət artımına qarşı hara müraciət edə bilərəm?

Cavab: “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan təsərrüfat subyektləri tərəfindən bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi (onların yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması) rəqabətin məhdudlaşdırılmasına, digər təsərrüfat subyektinin və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxaran, yaxud gətirib çıxara bilən qeyri-qanuni fəaliyyətinə daxildir və belə hallar ilə rastlaşdığınız təqdirdə İqtisadiyyat Nazirliyinə və ya İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərsiniz.

Nemətzadə Turqut - 29.10.2017

Question: Salam. İqtiadiyyat Nazirliyi olaraq bu sahə üzrə təhsil alan tələbələr üçün təcrübə proqramları təşkil etməyi düşünürsüz?

Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 221 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında” Əsasnamənin 3.2-ci hissəsinə əsasən istehsalat təcrübəsi təhsil müəssisələri ilə müəssisələr arasında bağlanmış ikitərəfli müqavilələr əsasında həyata keçirilir. Bununla bağlı olaraq qeyd edirik ki, Sizin təcrübə keçməyiniz üçün təhsil aldığınız Universitetlə Nazirlik arasında ikitərəfli müqavilənin bağlanması tələb olunur. Hazırda Nazirlik tərəfindən digər təcrübə proqramlarının həyata keçirilməsi nəzərdə tutulmur.

Vüsal Rəfiyev - 03.05.2017

Question: Salam. Yerli şirkət məhsulunu ixrac edirsə, təşviq üçün hər hansı bir ödəmə edilirmi həmin şirkətə?

Cavab: İxrac olunan məhsullara görə ixrac təşviqinin ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 1 mart tarixli 811 nömrəli Fərmanın icrasını təmin etmək məqsədilə Azərbaycan Respubliaksının Nazirlər Kabineti tərəfindən 2016-cı ilin 6 oktyabr tarixində 401 nömrəli qərar təsdiq edilmişdir. Bu qərarın 2.5.1 bəndinə əsasən, ixrac təşviqinin ödənilməsi xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə siyahısında sadalanan qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə şamil olunur. Məsələ ilə bağlı əlavə sual yarandığı təqdirdə AZPROMO-ya müraciət edə bilərsiniz.

Siyavush Astanov - 21.04.2017

Question: Salam. Tenderdə iştirak üçün iki rezident şəxs ƏDV ödəyicisi digər biri isə Sadələşdirilmiş vergi ödəyicisi olduğu zaman qiymətləndirməni Sadələşdirilmiş vergi ödəyicisinin təqdim etdiyi qiymətdən 4 və ya 8 faiz vergi məbləğini çıxıb apara bilərəm? Misal üçün qeyd edim ki , ƏDV ödəyicisi olan rezident şəxsin təqdim etdiyi məbləğ 3200 AZN, Sadələşdirilimiş vergi ödəyicisinin təqdim etdiyi məbləğ isə 3300 AZN-dir. Tender qalibi hansı rezident şəxs hesab oluna bilər?

Cavab: Müraciətinizlə əlaqədar bildiririk ki, iddiaçılar tərəfindən təqdim olunan tender təkliflərinin qiymətləndirilməsi “Dövlət satınalmaları haqqında” Qanunun 36-cı maddəsinin tələblərinə və müvafiq tenderin əsas şərtlər toplusunun müddəalarına uyğun həyata keçirilməlidir.

Ramin Mahmudov - 17.03.2017

Question: Salam. Mən fiziki şəxs olaraq, plastik, alüminium qapı pəncərə istehsal edib, sonra aparıb yerinə quraşdırıram. Həmçinin yerində alüminium cəbhə işi görürəm. Zəhmət olmasa rəsmi cavab verərdiniz, mənə bu işləri görməyə lisenziya tələb olunur?

Cavab: “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1 nömrəli əlavəsində nəzərdə tutulmuş “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nın 18-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyətinə lisenziya tələb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 fevral 2009-cu il tarixli 34 nömrəli Qərarı ilə “Tikintisinə icazə tələb olunmayan və məlumatlandırma icraatı istisna olmaqla, bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı” müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, həmin Qanunun 1 və 2 nömrəli əlavələrində nəzərdə tutulmuş “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı” və “Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı”nda plastik və alüminium qapı və pəncərə istehsalı və alüminium cəbhə profillərinin yerində hazırlanması və quraşdırılması fəaliyyəti nəzərdə tutulmamışdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 1993-cü il tarixli 343 nömrəli Qərarının 5 nömrəli əlavəsində nəzərdə tutulmuş “Yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada sertifikatlaşdırılan məhsulun və xidmətlərin Siyahısı”nın 9-cu hissəsinə əsasən yanğına qarşı divarların oyuqlarında yerləşdirilmiş tikinti konstruksiyaları və məmulatları (qapılar, pəncərələr, darvazalar, lyuklar, qapaqlar) məcburi qaydada sertifikatlaşdırılan maddə, material və məhsulların siyahısına daxil edilmişdir.

Daşqın Xudusoy - 12.03.2017

Question: Salam. Son illərdə xarici ölkələrlə bağlanmış müqavilələr o cümlədən neft sazişləri haqda ətraflı məlumatı hardan əldə edə bilərəm? Təşəkkür edirəm.

Cavab: Qeyd edilən məlumatları www.e-qanun.az, www.socar.az internet saytlarından istifadə etməklə əldə edə bilərsiniz.

ZAHİD BAĞIROV - 24.12.2015

Question: Araq və sipirtli içkilərə xüsusi lisenziya almaq qüvvədədirmi?

Cavab: Azərbaycan Respublikası Prezidentinin 21.12.2015-ci il tarixli, 713 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nə əsasən etil (yeyinti) spirti və alkoqollu içkilərin istehsalı, idxalı və satışı lisenziya tələb olunan fəaliyyət növlərinə aid edilməmişdir. Odur ki, qeyd edilən fəaliyyət növləri ilə məşğul olmaq üçün lisenziya alınması tələb olunmur.