İqtisadi İnkişaf Nazirliyi

Məqalələr

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin yaradılması haqqında 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ticarət Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi və Azərbaycan Respublikasının Xarici İnvestisiyalar Agentliyi ləğv edilsin və onların bazasında Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yaradılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 1 ay müddətində:

- Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Əsasnaməsinin layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Heydər ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 aprel 2001-ci il N 475


Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı © İqtisadi İnkişaf Nazirliyi. Bütün hüquqlar qorunub.

Top Desktop version