İqtisadiyyat Nazirliyi

Əfqanıstanın ölkəmizdəki səfiri İqtisadiyyat və Sənaye Nazirliyində

olmuşdur

 

efqanistan-12-03-2015-İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xalilini qəbul etmişdir.
Görüşdə Şahin Mustafayev Azərbaycan və Əfqanıstan arasında əlaqələr və əməkdaşlığın genişləndirilməsi imkanlarını diqqətə çatdırmışdır. Bildirilmişdir ki, ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafı, enerji, tranzit, təhsil və s. sahələrdə əməkdaşlıq üçün potensial mövcuddur, Əfqanıstan Azərbaycanın neft-qaz sahəsindəki təcrübəsindən yararlana bilər. Azərbaycan şirkətləri Əfqanıstanda mədən, tikinti materiallarının istehsalı, su, enerji və infrastruktur layihələrinin icrasında maraqlıdır. Nazir Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın inkişafı baxımından hüquqi bazanın genişləndirilməsinin vacib olduğunu və bu sahədə işlərin sürətləndirilməsinin əhəmiyyətini qeyd etmişdir. Bütün bu işlərin həyata keçirilməsi üçün isə ilk olaraq ölkələrimiz arasında İşçi Qrupu yaradıla bilər.
Əfqanıstanın Azərbaycandakı səfiri Mohammad Taqi Xalili Azərbaycan nümayəndə heyətinin bu yaxınlarda Əfqanıstana səfərini xatırladaraq, səfərin və keçirilmiş görüşlərin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi baxımdan əhəmiyyətini vurğulamışdır. Səfir Əfqanıstan və Azərbaycan arasında əlaqələrin inkişafı istiqamətində müzakirə edilən məsələlərin reallaşdırılması üçün səylərini davam etdirəcəyini bildirmişdir.
Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı, Əfqanıstan nümayəndə heyətinin ölkəmizə nəzərdə tutulan səfəri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

 

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı © İqtisadiyyat Nazirliyi. Bütün hüquqlar qorunub.

Top Desktop version