İqtisadiyyat Nazirliyi

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD)

 

Təşkilat haqqında ümumi məlumat. 1961-ci ildə yaradılmışdır. Baş Qərargahı Paris şəhərində yerləşir. Hal-hazırda təşkilatın Baş Katibi cənab Angel Curriadır.
Üzv ölkələr. 35 üzv dövlətdən (Avstraliya, Kanada, İsrail, Yaponiya, Koreya, Meksika, Yeni Zenlandiya, Türkiyə, ABŞ və əksər Avropa İttifaqı ölkələri) ibarətdir.
Məqsədi. Üzv dövlətlərdə maliyyə sabitliyini qorumaq şərti ilə davamlı iqtisadi artım, məşğulluq və həyat şəraitini artırmaqla dünya iqtisadiyyatının inkişafına yardım etmək.
OECD və Azərbaycan. OECD-nin hər il Parisdə keçirilən və əsas məqsədi OECD çərçivəsində Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsi, inkişafın bir çox sahələrində ölkələrlə əlaqələrin artırılmasından ibarət olan "Avrasiya həftəsi" adlı tədbirində İqtisadiyyat Nazirliyi tərəfindən mütəmadi olaraq iştirak təmin edilir. Tədbir çərçivəsində keçirilən Biznes Forum, İdarəetmə Şurasının iclaslarında Azərbaycan tərəfindən təqdimatla çıxış edilir. Avrasiya Həftəsinin əsas tərkib hissəsini Avrasiya Rəqabətqabiliyyətlilik Proqramı təşkil edir. Tədbir çərçivəsində təqdim edilən digər ölkələrin təhlil icmallarına dair hesabatlar dəyərləndirildikdən sonra Avrasiya Rəqabətqabiliyyətlilik Proqramı çərçivəsində ölkəmiz üçün 2017-ci ildə "Azərbaycanda kiçik və orta sahibkarlığın rəqabətqabiliyyətliliyinin artırılması islahatlarının və iqtisadi diversifikasiyanın dəstəklənməsi" mövzusunda təhlil icmalının həyata keçirilməsi razılaşdırılmışdır. 21-24 noyabr 2016-cı il tarixlərində Paris şəhərində keçirilmiş Avrasiya Həftəsində iqtisadiyyat nazirinin müavini iştirak etmiş və müvafiq təhlil icmalı ilə bağlı müzakirələr aparılmışdır. Adıçəkilən təhlil icmalının həyata keçirilməsi proseslərinə başlamaq məqsədilə 19-20 aprel 2017-ci il tarixlərində OECD nümayəndə heyətinin Bakıya səfəri baş tutmuşdur. Səfərin əsas məqsədi adıçəkilən təhlil icmalına dair dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə seminarın keçirilməsi və bu təhlil icmalının tətbiqi ilə bağlı OECD-nin dəstəyinin müzakirə edilməsi olmuşdur. 23-25 oktyabr 2017-ci il tarixlərində Almatı şəhərində keçirilən Avrasiya Həftəsində İqtisadiyyat Nazirliyinin nümayəndələri iştirak etmişdir.

 

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı © İqtisadiyyat Nazirliyi. Bütün hüquqlar qorunub.

Top Desktop version