İqtisadiyyat Nazirliyi

MÜSABİQƏ ELANI

 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar KİV nümayəndələri arasında "Heydər Əliyev və iqtisadi islahatlar" mövzusunda yaradıcılıq müsabiqəsi elan edir.
Müsabiqəyə təqdim ediləcək məqalələr 8 min işarədən, televiziya və radio süjetləri isə 3 dəqiqədən az olmamalı, Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-də yerləşdirilməli, materialların sonunda "İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir" qeydi göstərilməlidir.
Materiallar KİV nümayəndəsinin vəsiqəsinin sürəti ilə birlikdə 20 aprel 2017-ci il tarixinədək İqtisadiyyat Nazirliyinə təqdim edilməli və elektron formada Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərilməlidir.
Qaliblər mükafatlandırılacaqdır.
Müsabiqənin şərtləri ilə daha ətraflı tanış olun.

 

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı © İqtisadiyyat Nazirliyi. Bütün hüquqlar qorunub.

Top Desktop version