Əliyev Ayaz Elman oğlu

1974-cü ildə Mingəçevir şəhərində anadan olub.
Mingəçevir Politexnik İnstitutunun İqtisadiyyat və idarəetmə və Bakı Dövlət Universitetinin Hüquq fakültələrini bitirib.

1996-2001-ci illərdə Mingəçevir Politexnik İnstitutunda müəllim vəzifəsində çalışıb.

2001-2003-cü illərdə Bakı şəhəri üzrə Baş Vergilər İdarəsinin Vergi ödəyicilərinin auditinin təşkili şöbəsinin və Vergilər Nazirliyinin Daxili nəzarət baş idarəsinin Vergi orqanlarının fəaliyyətinə nəzarət şöbəsinin dövlət vergi müfəttişi vəzifələrində işləyib.

2003-2008-ci illərdə Vergilər Nazirliyinin Daxili nəzarət baş idarəsinin Şəxsi heyətlə iş üzrə şöbəsinin, Daxili təhlükəsizlik baş idarəsinin Daxili audit şöbəsinin və Daxili audit baş idarəsinin Struktur bölmələrinin auditi şöbəsinin rəisi vəzifələrində çalışıb. Kiçik vergi xidməti müşaviri xüsusi rütbəsi vardır.

2008-2014-cü illərdə İqtisadiyyat və Sənaye Nazirliyinin aparatında şöbə müdiri vəzifəsində işləyib. Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsi vardır.

2014-cü ilin mart ayından Nazirliyin Aparat rəhbərinin müavini, 2017-ci ilin dekabrından aparat rəhbəridir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2012-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə medalı" ilə təltif olunmuşdur.

Ailələdir, 3 övladı var.