Abdullayev Şirzad Əyyub oğlu

1970-ci ildə Ağdaş rayonunda anadan olub.
Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə, Bakı Dövlət Universitetini hüquqşunas ixtisası üzrə bitirib. Almaniya Federativ Respublikasında Berlin İqtisadiyyat Məktəbi və Almaniya Tətbiqi Elmlər İnstitutunda əlavə təhsil alıb. Ş.Abdullayev uzun müddət bank sistemində işləyib.

2003-2008-ci illərdə Mərkəzi Bankın Bank nəzarətinin hüquqi təminatı şöbəsinin rəisi, 2008-ci ildən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru olub.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 may tarixli Sərəncamı-ci ilə iqtisadiyyat nazirinin müavini təyin edilib.

İqtisadi elmləri doktoru, monoqrafiyaların, dərs vəsaitlərinin müəllifi, Azərbaycan Dövlət İqtisad Universitetinin professorudur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Dövlət qulluğunda fərqlənməyə görə” və“Tərəqqi” medalları ilə təltif edilib.

Ailəlidir, 3 övladı var.