Novruzov Orxan Nazim oğlu

1983-cü ildə Naxçıvan şəhərində anadan olub.

Şagird dəyişmə proqramı çərçivəsində ABŞ-da orta təhsil alıb.

2000-2004-cü illərdə Naxçıvan Dövlət Universitetində "İqtisadiyyatın tənzimlənməsi və idarə olunması" ixtisası üzrə ali təhsil alıb.

2005-2011-ci illərdə Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Regional inkişaf şöbəsində baş məsləhətçi və şöbə rəisi vəzifələrində işləyib.

2011-2015-ci illərdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin Protokol xidməti sektorunda baş məsləhətçi və sektor müdiri vəzifələrində çalışıb.

2015-ci ilin oktyabr ayından Nazirliyin Aparat rəhbərinin müavinidir.

Ailəlidir, 2 övladı var.