Xəbərlər

  • Yenilənib 16.06.2020 08:56
  • Yaradılıb 13.06.2020 14:25

12 yerli şirkət üçün xarici bazar araşdırmaları aparılıb

 

Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Azərbaycan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi, qeyri-neft məhsullarının ixracı üçün yeni və mövcud ixrac bazarlarına çıxış imkanlarının tədqiqi, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə xarici bazar araşdırmaları ilə bağlı ixracatçıların müraciətlərinin qəbulunu elan etmişdi.

İxracatçıların müraciətləri üzrə müsabiqənin nəticələrinə əsasən, sahibkarlıq subyektləri tərəfindən təqdim olunmuş konkret istiqamətlər nəzərə alınmaqla 12 yerli şirkət üçün Çinin quru meyvə və şərab məhsulları bazarları, Qazaxıstanın alkoqollu içkilər bazarı, Rusiyanın quru meyvələrdən hazırlanmış çips, nar şirəsi, faraş pomidor, qara çay, gilas bazarları, İngiltərənin qurudulmuş xurma bazarı, İsrailin qənnadı məmulatları bazarı, Belçikanın fındıq bazarı, Səudiyyə Ərəbistanının ağac kömürü bazarı araşdırılıb. Araşdırmalar məhsulların istehsal, ixrac və istehlak həcmi, artım tempi, bazarların rəqabət vəziyyəti, inkişaf dinamikası, əsas iştirakçıları, mövcud dinamika, qiymətlər və s. məsələləri əhatə edir.

Bazar araşdırmalarının nəticələri həmin yerli şirkətlərə təqdim olunub.

← Geriyə