2018

  • Yaradılıb 15.05.2018 12:11
  • Yenilənib 21.08.2018 11:27
  • Nəşr edilib 15.05.2018 12:10

2018-ci ilin yanvar-iyun ayları üzrə Azərbaycanda sosial sektorun inkişafı barədə

 

Əhalinin gəlirləri. 2018-ci ilin yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9.3 faiz artaraq 25705.2 milyon manata çatmışdır. Əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 2623.8 manat təşkil etmişdir.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 23687.3 milyon manatlıq (onun hər nəfərə düşən həcmi 2417.8 manat və ya əvvəlki ilin eyni dövrünə nisbətən 8.8 faiz çox) və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 9.8 faiz çox vəsait qalmışdır.

 

Əmək haqqı. 2018-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2017-cı ilin müvafiq dövrünə nisbətən 4.0 faiz artaraq 541.0 manat təşkil etmişdir. Əmək haqqı neft sektorunda 3184.6 manat, qeyri-neft sektorunda 480.7 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 421.5 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 703.9 manat olmuşdur.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, tikinti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olmuşdur.

 

Demoqrafik vəziyyət. Ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 31428 nəfər və ya 0,3 faiz artaraq 2018-ci il iyun ayının 1-i vəziyyətinə 9929513 nəfərə çatmışdır. Bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olmuşdur.

Əhalinin ümumi sayından 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Məşğulluq və işsizlik. 2018-ci il iyulun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5108.9 min nəfər olmuş, onlardan 4856.5 min nəfərini məşğul əhali təşkil etmişdir.

2018-ci il iyunun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1545.4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 886.8 min nəfər, qeyri-dövlət sektorunda isə 658.6 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft sektorunda 33.6 min nəfər, qeyri-neft sektorunda isə 1511.8 min nəfər çalışmışdır.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23.8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,0 faizi tikintidə, 6,8 faizi emal sənayesində, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,2 faizi mədənçıxarma sənayesində, 2,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur.

2018-ci ilin yanvar-may aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 149.7 saat təşkil etmişdir.

2018-ci ilin iyul ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36.6 min nəfər olmuş, onların 36.9 faizini qadınlar təşkil etmişdir. İşsizlik müavinətinin və işsizlikdən sığorta ödənişinin orta məbləği 287.2 manat olmuşdur.

← Geriyə