Beynəlxalq donorlar

  • Yenilənib 16.05.2021 12:17
  • Yaradılıb 14.04.2015 12:13

Asiya İnkişaf Bankı

 

Asiya İnkişaf Bankı (AİB) 1966-cı ildə yaradılmışdır. Baş ofisi Filippinin Manila şəhərində yerləşir. Yaponiya Bankın ən iri səhmdarı olduğu üçün Bankın prezidenti daima Yaponiya təmsilçisi olur. 2013-cü ilin aprel ayından etibarən təşkilata Masatsugu Asakawa rəhbərlik edir. Asiya İnkişaf Bankını maliyyələşdirən 67 üzv-ölkə vardır ki, bunlardan 48-i Asiya və Sakit Okeanı regionunda yerləşir.

Azərbaycan AİB-ə 29 oktyabr 1999-cu il tarixində üzv olmuş və təşkilatın ölkəmizdəki nümayəndəliyi 2004-cü ilin noyabr ayından etibarən fəaliyyət göstərir. Hazırda, AİB tərəfindən 8 texniki yardım layihəsi həyata keçirilir.

AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində İnteqrasiya edilmiş ticarət gündəliyinin icrasına dəstək, Beynəlxalq Qida Təhlükəsizliyi Standartlarının Gücləndirilməsi, Dayanıqlı Regional İnkişaf üçün CAREC 2030 Strategiyasının tətbiqi, Ticarətin asanlaşdırılması məqsədilə sanitar və fitosanitar tədbirlərinin müasirləşdirilməsi mövzusunda 8 texniki yardım layihəsi həyata keçirilir.

 

AİB tərəfindən Azərbaycanda həyata keçirilən layihələr:

 

1

Dövlət-özəl tərəfdaşlığı vasitəsilə Bakıda universitet tələbələrinin yerləşmə obyektləri və xidmətlərlə pilot təminatı üzrə texniki yardım layihəsi

Benefisiarlar: İqtisadiyyat Nazirliyi,

Təhsil Nazirliyi

Müddəti: 2018-2021

2

Azərbaycan Dövlət - Özəl Tərəfdaşlığının İnkişafı Mərkəzi və Layihələrin İnkişafı Fondunun dəstəklənməsi

Benefisiar: : İqtisadiyyat Nazirliyi

Müddəti: 2021-2022

3

Vergi siyasəti və idarəetmə potensialının gücləndirilməsi

Benefisiar: Dövlət Vergi Xidməti,

Maliyyə Nazirliyi

Müddəti: 2019-2021

4

İqtisadi diversifikasiya üçün qeyri-bank maliyyəsi və alternativ maliyyə alətlərinin inkişafı

Benefisiar: Mərkəzi Bank

Müddəti: 2017-2021

5

Dövlət sektorunda idarəetmə islahatına dəstək

Benefisiar: Maliyyə Nazirliyi

Müddəti: 2019-2021

6

Naxçıvan Muxtar Respublikasında irriqasiya və drenaj sisteminin inkişafı layihəsi üzrə texniki dəstək

Benefisiar: “Naxçıvan Meliorasiya və Su Təsərrüfatı” ASC

Müddəti: 2020-2021

7

COVID-19 yeni növ koronavirus pandemiyasının,

habelə digər yoluxucu xəstəliklərin potensial pandemiyalarının mənfi təsirlərinin

azaldılması məqsədilə regional dəstək

Benefisiar: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Müddəti: 2020-2022

← Geriyə