Xəbərlər

  • Yenilənib 05.05.2020 12:16
  • Yaradılıb 05.05.2020 12:00

Apreldə 195-2 Çağrı Mərkəzinə 8300-dən çox müraciət olub

 

İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə daxil olan müraciətlər əsasən, ölkəmizdə pandemiyadan zərər çəkmiş sahibkarlara dövlətin maliyyə-iqtisadi dəstək tədbirləri, nəzərdə tutulan vergi güzəştləri və tətilləri, tibbi maska və spirtlə təminat, lisenziyaların verilməsi, güzəştli kreditlərin alınması mexanizmi, investisiya təşviqi və təsdiqedici sənədlərin alınması, həmçinin Nazirliyin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.

Qeyd edək ki, 2019-cu ilin aprel ayında 195-2 Çağrı Mərkəzinə 1884 müraciət olduğu halda, bu ilin aprel ayı üzrə 4 dəfədən çox - 8322 müraciət olub.

Çağrı Mərkəzinə daxil olmuş müraciətlərin əksər hissəsi operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə Nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.

 

 

 

← Geriyə