Xəbərlər

  • Yenilənib 30.05.2020 10:55
  • Yaradılıb 23.05.2020 10:30

Aqrar sahədə innovasiyalar sahəsində Azərbaycan-Rusiya əməkdaşlığına dair iclas keçirilib

 

Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin Biznes klubunun bitkiçilik və heyvandarlıq sahəsində innovasiyalar və iki ölkə arasında bu istiqamətdə əməkdaşlığa həsr olunmuş onlayn formada növbəti iclası keçirilib. Tədbirdə hər iki ölkənin hökumət qurumlarının və biznes sektorlarının nümayəndələri iştirak ediblər.

Onlayn iclasda aqrar sahənin Rusiya ilə əlaqələrinin prioritet istiqamətlərindən olduğunu vurğulayan Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev qeyd edib ki, bu baxımdan toxum, gübrə, kənd təsərrüfatı texnikası, logistika və ticarət şəbəkələri ilə iş sahələrində əməkdaşlığın genişləndirilməsi əhəmiyyət kəsb edir.

Tədbirdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "Aqrar Tədarük və Təchizat" ASC-nin nümayəndəsi Hikmət Hüseynov, Rusiyanın "Şelkovo Aqroxim" şirkətinin baş direktoru Salis Karakotov, "Viktoriya Esteyt" şirkətinin nümayəndəsi Vaxtanq Saqareşvili, “Kapital-PROK” ASC-nin baş direktoru Svetlana Tananova, “Rosselxozbank”ın nümayəndəsi Aleksey Bolşakov və digərləri təmsil etdikləri qurumların fəaliyyəti, aqrar sahədə biznes, innovasiyalar və s. məsələlərlə bağlı çıxış ediblər.

İclasda bitkiçilik və heyvandarlıqda innovasiyaların tətbiqi sahəsində əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb.

 

← Geriyə