Xəbərlər

  • Yaradılıb 07.02.2019 15:00
  • Yenilənib 07.02.2019 15:53
  • Nəşr edilib 07.02.2019 14:00

Azərbaycan çempionatının qalibləri müəyyən olunub

 

Fevralın 4-7-də Gənclər  və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilən Azərbaycan çempionatı başa çatıb.

Qadınların qoşa yarışlarında Məryəm İmanova və Nəzakət Qarayeva I, Billurə Eminova və Arzu Aslanova II, Ləman Abdülhəmidova və Fidan İranpur III yerə layiq görülüblər.  

Kişilərin qoşa yarışlarında Nurlan Həsənov və Xəyal Həşimli I, Əliverdi Şahgəldiyev və İbrahim Ansari II, Vəzir Allahverdiyev və Yusif Qafarlı III yeri qazanıblar.

Qarışıq qoşa yarışlarda  Məryəm İmanova  və Əliverdi Şahgəldiyev I, Emin Məmmədov və Ləman Abdülhəmidova II, Vəzir Allahverdiyev və Billurə Eminova III yeri tutublar.

Qadınların şəxsi yarışlarında Nəzakət Qarayeva I, Məryəm İmanova II, Billurə Eminova isə III yerə sahib olublar.

Kişilərin şəxsi yarışlarında Xəyal Həşimli I, İbrahim Ansari II, Sənan Əliyev isə III yerə layiq görülüblər.

Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Respublikası Stolüstü Tennis Federasiyasının  medal və mükafatları təqdim edilib.

 

← Geriyə