Xəbərlər

  • Yaradılıb 22.05.2019 18:45
  • Yenilənib 24.05.2019 16:53
  • Nəşr edilib 21.05.2019 18:00

Azərbaycan ixrac missiyası Çində olub

 

İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonunun (AZPROMO) təşkilatçılığı ilə “Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların Çin bazarında ixracının artırılması məqsədi ilə Azərbaycanın ixrac missiyası Çinin Şanxay və Yivu şəhərlərində olub.

İxrac missiyasına qida, şərab və digər spirtli istehsalı ilə məşğul olan 17 Azərbaycan şirkəti daxil idi. İxrac missiyası çərçivəsində Çinin Yivu şəhərində Azərbaycanlı sahibkarlar Çindən olan iş adamları ilə ixraca dair müzakirələr aparıb, məhsullarının Çinə ixracına dair razılıqlar əldə olunub.

Şanxay şəhərində isə Çin Milli Qida və Fermentasiya Sənayesi Tədqiqatı İnstitutunun dəstəyi ilə Azərbaycan şərablarının dequstasiyası təşkil edilib, Çin dilində www.azerbaijanwine.cn elektron səhifənin təqdimatı keçirilib.

← Geriyə