Xəbərlər

  • Yenilənib 09.04.2021 13:41
  • Yaradılıb 05.04.2021 17:00

Azərbaycan məhsulları Çində nümayiş olunur

 

Çin Xalq Respublikasının Çendu şəhərində "China Food and Drinks Fair and TAOWINE Hotel Show” sərgisi öz işinə başlayıb.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə sərgidə şərab və digər spirtli içki istehsalı sahəsində fəaliyyət göstərən 10-dan çox Azərbaycan şirkəti öz məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.

Tədbir çərçivəsində Azərbaycan şərablarının dequstasiyası keçirilir, sərgi iştirakçıları Azərbaycan şərablarının dadını və keyfiyyətini yüksək qiymətləndirirlər.

Qeyd edək ki, sərgi aprelin 9-dək davam edəcək.

← Geriyə