Xəbərlər

  • Yaradılıb 13.03.2019 14:46
  • Yenilənib 13.03.2019 14:48
  • Nəşr edilib 13.03.2019 13:00

Azərbaycan məhsullarının ixracı genişlənir

 

Poşanın Varşava şəhərinə təşkil olunan ixrac missiyası başa çatıb. İxrac  missiyasına  şərab və digər spirtli içkilər, qida  məhsulları və kosmetik vasitələrin istehsalı ilə məşğul olan  22 Azərbaycan daxil olub.

Missiya çərçivəsində Polşadan olan şirkətlərlə görüşlər keçirib, məhsulların ixracına dair ilkin razılıqlar əldə olunub. Belə ki, “Azerstar” MMC, “Bakukonserv” QSC, “Mars-Fk” MMC, “AHEC” MMC, “Astara çay” MMC şirkətləri istehsal etdiklərin məhsullarının Polşaya ixracına dair  ilkin razılıqlar əldə ediblər. 

Bundan əlavə “Azersun  Holding ” və “Brightman  BMC“ MMC  şirkətləri tərəfindən təqdim olunan məhsullar Polşadan olan şirkətlər tərəfindən  maraqla qarşılanıb.

İxrac missiyası  çərçivəsində Azərbaycan şirkətləri  həmçinin Varşada təşkil olunmuş “Worldfood Polşa”  beynəlxalq ərzaq sərgisində “Azərbaycan Ticarət Evi”nin təşkil etdiyi stenddə öz məhsullarını təqdim edib.  Sərgi zamanı  keçirilmiş müsabiqədə “Şirvan Şərabları” şirkətinin istehsal etdiyi “Meysəri Məxməri Premium” şərabı mükafata layiq görülüb.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyanın Təşviqi  Fondunun (AZPROMO) təşkilatçılığı ilə təşkil olunan ixrac  missiyası 6-10 mart tarixlərini əhatə edib.

 

← Geriyə