Xəbərlər

  • Yaradılıb 04.02.2019 18:01
  • Yenilənib 04.02.2019 18:01
  • Nəşr edilib 04.02.2019 18:00

        Azərbaycan nümayəndə heyəti Özbəkistanda səfərdədir

 

Azərbaycan nümayəndə heyəti 4-5 fevral tarixində Özbəkistanda səfərdə olacaq.

Nümayəndə heyətinə İqtisadiyyat naziri Şahin Mustafayev və Kənd Təsərrüfatı naziri İnam Kərimov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və digər rəsmi şəxslər, həmçinin sahibkarlar daxildir.

Səfər çərçivəsində görüşlər keçiriləcək, iqtisadi əlaqələrin inkişafı istiqamətləri, Azərbaycanın nəqliyyat-tranzit imkanlarından daha geniş istifadə edilməsi və bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunacaq.

 

← Geriyə