Xəbərlər

  • Yenilənib 18.06.2020 18:05
  • Yaradılıb 18.06.2020 10:05

Azərbaycan Rusiyanın homopolimer idxalında liderdir

 

Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Polymer” MMC-nin istehsal etdiyi polipropilenin homopolimer (HOMO) çeşidi Rusiyanın bu növ məhsul idxalında ilk sıradadır. Aprel ayında Rusiyanın polipropilen idxalında “SOCAR Polymer”in payı 61%, 2020-ci ilin əvvəlindən isə 42% təşkil edib.

Məlumat üçün bildiririk ki, “SOCAR Polymer” MMC Sumqayıt Kimya Sənaye Parkının ərazisində polipropilen (PP) və yüksək sıxlıqlı polietilen (YSPE) istehsalını həyata keçirir ki, istehsalın da 75 faizdən artıq hissəsi ixrac üçün nəzərdə tutulur.

← Geriyə