Xəbərlər

  • Yaradılıb 03.06.2019 15:01
  • Yenilənib 03.06.2019 15:29
  • Nəşr edilib 01.06.2019 14:00

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümümünasibətilə “Nə? Harada? Nə zaman?” intellektual turniri keçirilib

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü  ilə əlaqədar İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə Nazirliyin əməkdaşlarının intellektual bilik və bacarıqlarının inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə, “Nə? Harada? Nə zaman” intellektual oyunu təşkil edilib.

Bakı Biznes Mərkəzində təşkil edilən “Nə? Harada? Nə zaman?” intellektual oyununda Nazirliyin strukturllarından 12 komanda iştirak etmək etmişdir. Oyun ərzində məntiqi biliklərə əsaslanan 48 sual səsləndirilib.

Turnirin qalibi Nazirliyin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin “İnter” komandası olmuşdur. İkinci və üçüncü yerləri isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “KOBİA” və Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin “Əməkdaşlıq” komandaları tutublar.

Yüksək təşkilatçılıqla keçirilən turnirin sonunda ilk üç yeri tutan komandaların əməkdaşlarına kubok və fəxri fərmanlar verilib.

← Geriyə