Xəbərlər

  • Yenilənib 25.02.2020 11:07
  • Yaradılıb 21.01.2020 17:50

Azərbaycanda ticarət siyasətinin səmərəliliyinin artırılması layihəsi başa çatıb

 

Yanvarın 21-də Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və benefisiarı İqtisadiyyat Nazirliyi olan “Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük danışıqlarında İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və ÜTT şöbəsinə dəstək və potensialın gücləndirilməsi” layihəsinin başa çatması ilə bağlı yekun konfrans keçirilib.

Aidiyyəti dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, yerli biznes dairələrinin və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ilə keçirilən konfransda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq, həyata keçirilən tədbirlər və layihələr barədə məlumat veriblər.

Tədbirdə “Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük danışıqlarında İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və ÜTT şöbəsinə dəstək və potensialın gücləndirilməsi” layihəsi üzrə görülən işlər barədə yekun təqdimat keçirilib.

← Geriyə