Xəbərlər

  • Yenilənib 27.01.2020 14:45
  • Yaradılıb 21.01.2020 17:25

Beynəlxalq sərgidə Azərbaycan məhsullarına böyük maraq

 

Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları Almaniyanın Berlin şəhərində keçirilən “Beynəlxalq Yaşıl Həftə”  (“International Green Week”) sərgisində nümayiş olunur.  

Sərgidə Azərbaycan istehsalı olan efir və bitki yağları, şərablar, nar şirələri, çaylar, o cümlədən müalicəvi bitki çayları, mürəbbələr və s. məhsullar maraqla qarşılanır.

Sərgi çərçivəsində Azərbaycan sahibkarlarının xarici həmkarları ilə görüşləri, ixraca dair müzakirələri təşkil edilir.

“Beynəlxalq Yaşıl Həftə” sərgisi yanvarın 27-dək davam edəcək.

← Geriyə