Xəbərlər

  • Yaradılıb 03.05.2019 20:03
  • Yenilənib 04.05.2019 18:16
  • Nəşr edilib 03.05.2019 19:00

Beynəlxalq stolüstü tennis turniri başa çatıb

 

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş yeniyetmələr arasında stolüstü tennis üzrə beynəlxalq turnirə yekun vurulub.

Bakı İdman Sarayında təşkil edilən turnirdə Azərbaycanla yanaşı, Türkiyə, İran, Gürcüstan, Rusiya və Latviyadan olan 70-dən çox stolüstü tennisçi medallar uğrunda mübarizə aparıb.

Turnirdə 2004-2007-ci, 2008-ci il təvəllüdlü və daha kiçik yaşlı idmançılar iştirak ediblər.

Yarışın ilk günü 2008-ci il və daha azyaşlı idmançılar yarışıblar. Qızlar arasında Azərbaycan tennisçiləri - Arzu Aslanova I yerə, Mərziyyə Nürmətova II yerə layiq görülüblər. Türkiyə idmançısı Asudə Tuba Şimşək və Azərbaycan təmsilçisi Aylin Əsgərova III yerə sahibləniblər.

Oğlanların yarışında Azərbaycan təmsilçiləri – Hüseyn Eylazov I yeri, Adil Əhmədzadə II yeri tutublar. Türkiyə tennisçisi Mustafa Nebhan və Azərbaycan idmançısı Rüstəm Hacılı III yeri qazanıblar.

2004-cü il və daha azyaşlı qızlar arasında I yeri İran təmsilçisi Elina Rahimi, II yeri Rusiya təmsilçisi Mariya Siropova, III yeri Azərbaycan təmsilçiləri Ləman Abdülhəmidova və Mehriban Dadaşova qazanıblar.

Oğlanlar arasında İran idmançısı Aşrafi Parham I, Azərbaycan idmançısı Emin Məmmədov II, İran tennisçisi Samran Kərimi və Azərbaycan idmançısı Kənan Pənahov III yerə layiq görülüb.

Ümumilikdə idmançılarımız 2 qızıl, 3 gümüş və 5 bürünc olmaqla 10 medal qazanıblar.

Qaliblərə medalları Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov, Türkiyə Respublikasının Stolüstü Tennis Federasiyasının prezidenti Fateh Karaca və İran İslam Respublikası Stolüstü Tennis Federasiyasının prezidenti Mehrdad Aligardashi təqdim ediblər.

 

 

 

 

 

← Geriyə